From Wikipedia, the free encyclopedia
Qabriella d'Estre bacısı ilə (fr. Gabrielle d'Estrées et une de ses sœurs) — naməlum rəssam tərəfindən təxminən 1594-cü ildə çəkilmiş rəsm əsəridir. Hazırda, Parisdəki Luvr muzeyində saxlanan əsərin Fontenblo məktəbi rəssamlarından birinə aid olması güman edilir.[3][4]
Qabriella d'Estre bacısı ilə | ||
---|---|---|
| ||
Rəssam | naməlum | |
Tarixi | təxm. 1594 | |
Üslubu | nü | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 96 sm × 125 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Luvr muzeyi | |
Saytı |
louvre.fr/oeuvre-notices… louvre.fr/en/oeuvre-noti… louvre.fr/… wga.hu/html/m/master/fon… photo.rmn.fr/archive/12-… |
|
İnventar nömrəsi | R.F. 1937-1[1], RF 1937 1[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsm əsərində Fransa kralı IV Henrixin xanımı Qabriella d’Estre çılpaq vəziyyətdə hamamda oturmuş və əlində üzük tutmuş vəziyyətdə dəfn edilmişdir. Onun bacısı çılpaq vəziyyətdə üzbəüz oturaraq sol əli ilə sağ döş giləsini tutmuşdur.[5]
Döş giləsinin sıxılması jesti bəzən Qabriellanın Henrixin uşağı olan Sezar de Burbona hamiləliyinin simvolik elanı kimi qiymətləndirilir. Luvr muzeyinin saytında qeyd edilir: “Qabriella d’Estrenin sağ döş giləsinin bacısı tərəfindən incə şəkildə tutulması, onun IV Henrixin qeyri-qanuni uşağına hamilə olmasını simvolizə edir. Bu ehtimal arxa səhnədə oturan qadının körpə üçün geyim tikməsi ilə də təsdiqlənir.”[6] Qabriellanın əlində tutduğu üzük isə, ölümündən bir müddət əvvəl Henrixin sevgi göstəricisi kimi ona hədiyyə etdiyi tacqoyma üzüyüdür.
XVII əsrin əvvəllərində fransız tarixçi Pyer de Burdeyl bir qrup qadının rəsm əsərinə baxmağa gəlməsini qeyd edir. O, bildirir ki, rəsmdə hamamda iki “tam çılpaq qadın” təsvir edilmişdir və əlavə olaraq vurğulayır ki, onlar bir-birinə “toxunur və hiss edir, sığallayır, əzizləyirlər.” Burdeyl bildirir ki, qadınlar dəstəsi rəsmə baxarkən, dəstəyə daxil olan “böyük xanımlardan biri” “rəsm qarşısında səbrini itirərək sevgilisinə müraciət edərək demişdir: Burada yaman çox vaxt itirdik. Gəlin elə indicə mənim karetama minərək iqamətgaıma gedək; içimdə çoxdan məni incidən alovu söndürmək istəyirəm.”[7]
XIX əsrin birinci yarısında rəsm əsəri Paris Polis Perfekturasında asılmışdı. Doktor Ver Heyden Del Lesey 1935-ci ildə yayımlanmış məqaləsində qeyd edir ki, “Heç kim əsərin niyə və necə bura gəlib çıxmasından xəbərdar deyil; əsər ictimayətə açıq olan zallardan birinin qapısı üzərində asılmışdır.” O, qeyd edir ki, bir gün, “yüksək vəzifəli məmurlardan biri” əsərə diqqət yetirmiş və onu ictimai qınaqdan qorumaq üçün yaşıl pərdə altında gizlətmək qərarına gəlmişdir. Bu hərəkət göstərir ki, məmur rəsm əsərinin erotik məzmunlu və ya əxlaqsız olmasını düşünmüş, lakin, ictimai nəzərdən uzaqlaşdırmaq əvəzinə üstünü örtməyə üstünlük vermiş, buna görə də, ola bilsin ki, əsəri, açıq sir, göz qabağında olmaması gərəkən əşya kimi qəbul etmişdir. Bundan sonra, Doktor Ver Heyden Del Lesey qeyd edir ki, “Kimsə, əsərin bədii və mədəni əhəmiyyətini dərk edərək onu ictimai açıq məkandan uzaqlaşdırmaq qərarı veriri...Buna hazırlıq üçün əsərin təmizlənməsinə ehtiyac olduğundan ilk öncə təmizlənmə prosesinin aparılması nəzərdə tutulur, lakin rəsmin üstünü örtən pərdə açıldıqda orda yalnız boş çərçivənin asılması görünür.” ref>"A Picture of Gabrielle d'Estrées attributed to François Pourbus le Jeune," Connoisseur, Vol. 96 (1935): 137-8.</ref>
XX-XXI əsrlərdə “Qabriella d’Estre bacısı ilə” əsəri adətən qadın homoseksuallığının təsviri kimi qəbul edilmişdir. Əsər, “Lezbiyan, Gey Tarix və Mədəni Ensiklopediyası”na və “sappho.com” kimi informativ saytlara daxil edilmişdir.[8] LGBT toplumundan kənarda da əsər, lezbiyanlığın təsviri kimi qəbul olunur. 1991-ci ildə rəsm lezbiyan qızın hekayəsinin dərc edildiyi “L’Événement du jeudi ” jurnalında illüstrasiya kimi istifadə edilmişdir.[9] 2002-ci ildə Almaniyanın Yaşıl Partiyasının eynicinsli nigahlara dəstək məqsədiylə hazırladığı afişalarda aktrisalar rəsm əsərini canlandırmışdılar.
Sənət tarixçiləri və tənqidçilər bəzən rəsmdəki homoerotizmi qəbul etsələr də, bəzən bu iddianı inkar edirlər. Luvr muzeyinin rəsmi saytında isə əsərin lezbiyanlıqla bağlı təfsiri haqqında isə heç bir məlumat verilmir.
Rəsm əsərində sol əlin hərəkəti ciddi şəkildə vurğulanır. Qabriellanın bacısı onun döş giləsini sol əli ilə tutur, Qabriella özü üzüyü sol əlində tutur, arxa səhnədəki qadın isə sol əli ilə tikir. Arxa planda yuxarı hissədə rəsm əsərinin aşağı hissəsi görünür; burada kişi cinsiyyət orqanını sol əli ilə tutmur, yalnız qırmızı parça ilə örtür.
“İki çılpaq hamamda” adlı Böyük Britaniya dramında anonim rəsm əsərinin mənşəyindən bəhs edilir.
“Tüdorlar” teleserialının I mövsümünün “Əsl sevgi” adlı VI seriyasında rəsm əsərinə anaxronik vizual istinad yer almışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.