![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/38/Stranger_Things_logo.png/640px-Stranger_Things_logo.png&w=640&q=50)
Qəribə şeylər (teleserial, 2016)
From Wikipedia, the free encyclopedia
Qəribə Şeylər (ing. Stranger Things) - Daffer qardaşları tərəfindən Netflix platforması üçün yaradılmış ABŞ elmi fantastika və qorxu teleserialı. Daffer qardaşları Şon Levi və Den Kohenlə birlikdə serialın icraçı prodüserləridirlər. Serialın birinci mövsümünün əsas rollarında Vaynona Rayder, Devid Harbor, Finn Vulfhard, Milli Bobbi Braun, Qeyten Matarazzo, Kaleb Maklaflin, Nataliya Dayer, Çarli Hiton, Kara Buono və Mettyu Modayn, köməkçi rollarında Noa Şnapp və Co Kiri çıxış edirlər. İkinci mövsümdən etibarən Şnapp və Kiri əsas rol ifaçıları olmuş, Deykr Montqomeri, Şon Astin və Pol Rayzer da onlara qoşulmuşdur. Praya Feryuson isə ikinci mövsümdə köməkçi rolda oynamışdır. Üçüncü mövsümdə Mayya Houk da aktyor heyətinə qatılmış, Ferqyuson əsas rol ifaçısı olmuşdur.[1]
Qəribə Şeylər | |
---|---|
ing. Stranger Things | |
![]() | |
![]() | |
Janr | elmi fantastika, qorxu, period dramı |
İlk baxış tarixləri | 15 iyul 2016 |
Rejissor |
|
Yaradıcısı | Daffer qardaşları |
Rollarda | Vaynona Rayder, Devid Harbor, Finn Vulfhard, Milli Bobbi Braun, Qeyten Matarazzo, Kaleb Maklaflin, Nataliya Dayer, Çarli Hiton, Kara Buono, Mettyu Modayn, Noa Şnapp, Seydi Sink, Co Kiri, Deykr Montqomeri, Şon Astin, Pol Rayzer, Mayya Houk, Praya Feryuson |
Bəstəkar | Kayl Dikson, Maykl Şteyn |
İstehsalçı ölkə | ABŞ |
Studiya |
21 Laps Entertainment, Monkey Massacre Distribüter: Netflix |
Dil | ingilis |
Mövsüm sayı | 3 |
Seriya sayı | 25 |
Seriya vaxtı | 15 iyul 2016 – hazırda |
Davametmə müddəti | 42-77 dəqiqə |
Telekanal | Netflix |
IMDb | ID4574334 |
Format | 4K (Ultra HD) |
netflix.com/title/800572… | |
![]() |
Birinci mövsüm 1983-cü ilin noyabrında İndiana ştatının uydurma Houkins qəsəbəsində başlayır. Qəsəbə ətrafında baş verən fövqəltəbii hadisələrdən sonra itən bir gənc oğlanın axtarışları başlanır, eyni zamanda psixokinetik güclərə malik olan müəmmalı qız ortaya çıxır. Qız oğlanın dostları ilə dostlaşır və onu axtarmağa kömək edir. İkinci mövsüm 1 il sonra - 1984-cü ilin oktyabrında baş verir və itmiş oğlanın normal vəziyyətə qaytarılması cəhdləri və yeni təhlükədən bəhs edir. Üçüncü mövsüm 1985-ci ilin iyulunda baş verir.
Daffer qardaşı serialı tədqiqat dramı ilə fövqəltəbii elementləri birləşdirərək yaratmışdırlar. Hekayəni 1980-ci illər üçün yaradıblar və həmin onilliyin populyar mədəniyyətini əks etdirməyə çalışıblar. Serialın yaradılması zamanı Stiven Spilberqin, Con Karpenterin, Stiven Kinqin əsərlərindən, eləcə də, bir neçə film, anime və video oyundan təsirlənilmişdir.
Səkkiz seriyadan ibarət birinci mövsüm 15 iyul 2016-cı ildə Netflix-də buraxılmışdır. Serial personajlaşdırmaya, hekayə axışına, atmoferasına, rolların ifa edilməsin, musiqisinə, rejissorluğuna, ssenarisinə görə bəyənilmişdir. Doqquz seriyadan ibarət ikinci mövsüm 27 oktyabr 2017-ci ildə buraxılmışdır. Səkkiz seriyalıq üçüncü mövsümün buraxılma tarixi isə 4 iyul 2019-cu ildir. Daffer qardaşlarının sözlərinə görə serial dördüncü və ya beşinci mövsümdən sonra bitəcəkdir. Serial Ən yaxşı dram serialı nominasiyası daxil olmaqla 31 dəfə Praym-taym Emmi mükafatı və 4 dəfə Qızıl qlobus mükafatı laureatı olmuşdur. 2016-cı ildə "Dram serialında aktyor heyəti tərəfindən ən yaxşı performans üçün Ekran Aktyorları Gildiyası mükafatı"na layiq görülmüşdür.