Qərbi Manıç çayı
From Wikipedia, the free encyclopedia
Manıç (Qərbi Manıç) — Kalmıkiya, Stavropol diyarı və Rastov vilayətində çay. Don çayının sol qolu. Kalaus çayının keçmiş bifurkasiya etdiyi yerdən, Manıç və Şərqi Manıç çaylarının hövzəsindən başlanır[2]. Avropa və Asiya arasında olan coğrafi sərhəd variantlarından biri Manıç çayından keçir.
Manıç (Qərbi Manıç) | |
---|---|
За́падный Ма́ныч | |
| |
Ölkə | Rusiya |
Mənbəyi | Kalaus çayından bifurkasiya olunub |
• Yüksəkliyi | 27 m |
Mənsəbi | Don çayı |
Uzunluğu | 420 km |
Su sərfi | 16[1] |
Su hövzəsi | Azov dənizi |
Hövzəsinin sahəsi | 35400 km² |
DSR[ru] | 05010500712107000016279 |
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu — 420[3] km, şərti sutoplayıcı sahəsi[4] — 35,4 min km², bundan 2,1 min km² göllərlə əhatələni. Göllər əsasən duzlu və şordur. Kalaus çayı ilə birlikdə Manıçın uzunluğu 856 km-dir. Sutoplayıcı sahəsi isə — 48,45 min km²-dir[5].
Çayın qidalanması əsasən qar suları ilədir. Minerallaşma — 2—8 il/l.[6] Nevinnomıs kanalı və Böyük Eqorlık çayının sol qolu vasitəsi ilə Manıç çayına Kuban çayının suyu daxil olur[7]. Çay suyundan suvarmada geniş istifadə olunur. Balıqçılıq inkişaf edib. Çayın mənbəyindən 179 km-lik məsafə gəmiçiliyə yararlıdır.[6]
Vesyolovskoe su anbarının sahilində, Yulovski qəsəbəsinin yaxınlığında üst paleolit dövrünə aid qədim yaşayış ərazisinin qalıqları qorunur. Radiokarbon üsülu ilə ərazinin yaşı hesablanaraq təxminən 15 290 ilə 24 480 il arası göstərilir.[8]