Qədim Yunanıstan
From Wikipedia, the free encyclopedia
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir.[1] Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar.
Yunanıstan tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Tarixəqədərki Yunanıstan | |
Yunan mifologiyası | |
Yunan fəlsəfəsi | |
Egey sivilizasiyası | |
Ellada sivilizasiyası | |
Kiklad sivilizasiyası | |
Minoy sivilizasiyası | |
Miken sivilizasiyası | |
Qədim Yunanıstan | |
Yunan qaranlıq erası | |
Arxaik Yunanıstan | |
Qədim Yunanıstan qanunları | |
Qədim Yunanıstan mədəniyyəti | |
Yunan-Roma | |
Roma və Bizans dövrü | |
Bizans imperiyası | |
Frankokratiya | |
Afina hersoqluğu | |
Osmanlı Yunanıstanı | |
Yeni dövr | |
Yunanıstan İstiqlaliyyət müharibəsi | |
Yunanıstan krallığı | |
İkinci Yunanıstan Respublikası | |
İkinci Dünya müharibəsində Yunanıstan | |
Yunan hərbi xuntası | |
Üçüncü Yunanıstan Respublikası | |
Yunanıstan portalı |
E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular. Dorilərin hücumunun təsiri ilə (e.ə. 12 əsrin sonu-e.ə. 11 əsr) ioniyalılar və eoliyalılar Kiçik Asiya sahillərinə və yaxınlıqdakı adalara sürgün edildilər. E.ə. təqr. 700-cü ildə əhali ümumi adla-ellinlər, ölkə isə Ellada adlandı. Sonra yunanlar Qara dəniz və Aralıq dənizi sahillərində məskən saldılar. Bu dövrdə qonşu kaloniyalar ilə daim mədəni və ticarət əlaqələri saxlayan Neapol, Tarent, Sibaris, Sirakuza, Messena, Kirena, Bizans, Xalkida, Herakleya, Xersones, Sinopa, Pantikapey, Feodosiya, Oliviya, Toma və s. koloniyalar yaradılmışdı.
Koloniyalar Yunanıstanda demokratiyanın beşiyi hesab edilirdi.[2] Bu dövrdə şəhər-dövlətlərdə sürətlə yaranırdı. Bunlardan: Afina, Sparta, Korinf, Fiva, Arqos, Milet, Halikarnas, Efes, Mitilena, Xios və s. misal göstərmək olar. Siyasi quruluşuna görə bu kaloniyaların demokratik və ya aristokratik respublikalar idi. Spartanın rəhbərliyi ilə e.ə. 6 əsrdə Peloponnes ittifaqı yaradıldı. E.ə. 500–449 Yunan-İran müharibələrində istiqlaliyyət uğrunda mübarizə aparan yunanlar bir sıra qələbələr qazandılar.[3]
Yunan ittifaqına başçılıq edən Afina hərbi və iqtisadi cəhətdən möhkəmləndi. Afina ilə Sparta arasındakı ziddiyyətlər Peloponnes müharibəsinə (e.ə. 431–404) səbəb oldu. E.ə. V əsrdən tərəflərin ümumi böhranı başlandı. Yunanıstanda hökmranlıq uğrunda mübarizəyə girişən Makedoniya bundan isitfadə etdi. Xeroneya yaxınığındakı vuruşmada (e.ə. 338) məğlubiyyətdən sonra yunan şəhərləri Makedoniyanın hakimiyyətinə keçdi. Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası bir sıra dövlətlərə (ellinist monarxiyalara) parçalandı. E.ə. 3–2 əsrlərdə yunan şəhərlərində ictimai ziddiyyətlər yenidən kəskinləşdi. E.ə. 146-cı ildə Yunanıstan Romanın tərkibinə daxil edildi. Lakin lV əsrdən Yunanıstan Şərqi Roma imperiyasının ərazisinə daxil olmuşdur.Qədim Yunanıstanın özünə məxsus cəhətlərindən biri də, qədim mədəniyyətə sahib olmasıdır.Yunan mədəniyyəti tarixən bütün dünya ölkələrinin mədəniyyətlərinə təsir etmişdir.[4]