Qızılağac Milli Parkı

From Wikipedia, the free encyclopedia

Qızılağac Milli Parkımap

Qızılağac Milli Parkı — Azərbaycanda yerləşən Milli Park.

Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Qızılağac Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 99 min ha
Yaradılma tarixi 26 sentyabr 2018
Yerləşməsi
38°57′36″ şm. e. 48°55′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşməsi Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati əraziləri
Thumb
Qızılağac Milli Parkı
Qızılağac Milli Parkı
Bağla

Tarixi

26 sentyabr 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır[1].

Ərazisi

Milli Parkın sahəsi 99060 hektardır. Bu ərazi Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlar (10390,89 hektar), Neftçala ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından ayrılan ərazi (309,11 hektar) və Qızılağac Dövlət Təbiət Qoruğunun (88 min 360 hektar) bazasını əhatə edir[2].

Haqqında

Bitkilər

Şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan,gəngiz, şahsevdi, sarıbaş və s. bitkilərə rast gəlmək olar. Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır.

Heyvanlar

Su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s. heyvanlarına rast gəlmək olar.Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s. "Qırmızı kitaba"

Təbii, tarixi, mədəni yerlər

  • "Şeyx Zahid" türbəsi
  • Tarix-diyarşünaslıq muzeyi
  • Xalq sənətkarlığı şəhərciyi
  • "Xəlifə" türbəsi
  • "Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi
  • Mirəhməd Xanın evi
  • Lənkəran Mayakı[3]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.