Qızıl Patron
From Wikipedia, the free encyclopedia
Qızıl Patron (fr. Cartouche Doré) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. Fransa Hərbi Hava Qüvvələrinə məxsus yeganə pərli təyyarələr idarə edən aerobatika komandasıdır. Yalnız bir aviaşou nəzərdə tutan komanda insanlarda xoş təəssürat yarandığını görüb, uçuşlara davam etdi. Əvvəlcə komanda qeyri-rəsmi idi və ildə 12 aviaşou həyata keçirirdi.[1]
Qızıl Patron | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi |
1989 (1989) - Günümüz(Fəaliyyət göstərir) 1995 (1995) (Rəsmi) - Günümüz(Fəaliyyət göstərir) |
Ölkə | Fransa |
Tabedir | Fransa Hərbi Hava Qüvvələri |
Rəngləri |
Tünd göy, ağ, qızılı |
Təchizatı | Socata TB 30 Epsilon |
cartouche-dore.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
1994-cü ildə Neptun əməliyyatının ildönümündə komanda 2012-ci ilə qədər istifadə olunan ağ, mavi və sarı rəngli dizaynını təqdim etdi.
1995-ci ildə komanda rəsmiləşdi və Fransa Hərbi Hava Qüvvələrinin bir qolu oldu.
1996-cı il 20 sentyabr tarixində komanda 100-cü ictimai uçuşunu həyata keçirdi.
2012-ci ildə təyyarələr tünd göy, ağ və qızılı rənglərdən ibarət yeni dizayn aldı.[2]