From Wikipedia, the free encyclopedia
Qırmızı bayraq insidenti (赤旗 事件, Akahata Ciken?) – 1908-ci ildə Yaponiya hökumətinin ölkədəki sosializm hərəkatına qarşı represiya dalğası başlatmasına səbəb olan hadisə.[1]
22 iyun 1908-ci ildə bir qrup parlament nümayəndəsi ilə Tokioda yerləşən Kandanın Kinkikan zalında sosialistlərlə görüşərək aktivist Yamaquçi Qizanın həbsxanadan buraxılmasını qeyd edirdilər. Görüş zamanı radikal sosialistlər üzərində "anarxizm" və "anarxo-kommunizm" şüarları olan qırmızı bayraqlar qaldıraraq görüş təşkilatçılarının sakit görüş istəyinə qarşı gəlmişdilər. Sosialistlər bayraqları endirməmiş və zalı tərk edərkən "anarxiya" şüarları səsləndirmişdilər. Polislərlə sosialistlər arasında dava düşmüş və sonda 16 nəfər həbs olunmuşdur.
İnsidentlə bağlı mübahisə Sayonçi Kinmoçinin başçılıq etdiyi kabinetin dağılmasına səbəb olmuşdur. Onu əvəz edən və Katsuro Taronun başçılıq etdiyi hökumət 15 avqustda baş tutan məhkəmədə sərt cəzalar vermişdir. İki nəfər məsum hesab edilmiş, 2 nəfər müvəqqəti, 12 nəfər isə 1 ildən çox həbs cəzası vermişdir. Sosialist başçı Osuqi Sakae 2 il yarım, Sakai Toşihiko və Yamaka Hitoşi isə 2 illik həbs cəzası almışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.