From Wikipedia, the free encyclopedia
Poti dəniz limanı (gürc. ფოთის საზღვაო ნავსადგური) — Gürcüstanın Poti şəhərində, Qara dəniz sahilində yerləşən dəniz limanı. Dəniz limanı Rioni çayının mənsəbində yerləşir. Transqafqaz xəttinin mühüm nöqtəsini təşkil etməklə yanaşı TRASEKA xətinin bir parçasıdır. Rumıniyanın Komstansa və Bolqarıstanın Varna dəniz limanı ilə əlaqələrin təmin edilməsi sayəsində Xəzər sahili və Mərkəzi Asiyanın Avropaya açılan qapısı funksiyasını daşıyır.
Poti limanı | |
---|---|
gürc. ფოთის საზღვაო ნავსადგური | |
42°09′18″ şm. e. 41°39′16″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Poti |
Tikilmə tarixi | 1858 |
Vikianbarda əlaqəli mediafayllar |
Poti dəniz limanın inşasına 1828-ci ildə başlanılmışdır. Bu zaman ərazi yenicə Rusiya imoeriyasına birləşdirilmişdi. Şəhərə liman statusu 1858-ci ildə verilmişdir. Ancaq limanın tam inşası 1899—1907 illərdə baş tutmuşdur. Limanın inşası Niko Nikoladzenin şəhər rəhbərliyinə gəldikdən sonra baş tutmuşdur. Liman dəfəlırlə genişləndirilmiş və təmir edilmişdir. Niderlan hökuməti və Avropa İttifaqının maliyyəsi əsasında son təmir işləri aparılmışdır[1]. 2007-ci il məlumatına görə limanın illik yük götürmə qabiliyyəti 7,7 mln ton təşkil edir[2]. 2008-ci ildə 51% səhmləri Gürcüstanda törəməsi olan Birləşmiş Ərəb Əmirliyinin RAKIA şirkətinə satılmışdır. Bu şirkət RAKIA Georgia Free Industrial Zone LLC yeni terminalın yaradılması və azad zonanı inşafına yönəlik tədbirlər görmüşdür. Azad zonanın açılışında 15 aprel 2008-ci ildə şəxsən Mixal Saakaşvili iştirak edtmişdir[3]. 2009-ci ildə RAKIA UAE şirkəti səhimlərin yerdə qalan 49% satın alır. Ancaq 2009-cu ildə BƏƏ istisadi böhranla üzləşdiyindən şeyx Saud ibn Sakr al-Haşimi xaricdəki aktivləri satmağa göstəriş vermişdir. Nəticədə 2010-cu ilin oktyabrında bu səhmlərin bir qismi satılır[4][5]. Limanın 80% səhmləri 2011-ci ildə APM Terminals şirkətinin törəməsi olan Moller-Maersk[6] satılmışdır. 8 sentyabr 2011-ci ildə hələ 15% səhmə sahib olan RAKIA Georgia FIZ öz səhimlərini biznesmen Qele Mikadzeyə dövr edir. O, FIZ şirkətinin əsas ortaqlarından biri idi. Mikadze bu səhmlərə Manline Projects LLP[7] şirkətinə görə sahibdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.