Mədəniyyət (latınca lat.cultūra sözündən) — müəyyən bir cəmiyyətə xas olan qaydalar (çox vaxt qeyri-formal), stereotiplər və davranış normaları, yaradıcılıq nəticələri toplusu.
Əlavə məlumat Seçilmiş məqalə, Seçilmiş bioqrafiya ...
Seçilmiş məqalə
Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri — Quruçay mədəniyyəti
Quruçay və Köndələnçay vadisində ən qədim əkinçilik mədəniyyəti ilə
bağlı olan abidələr eneolit dövrünə aiddir.
Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş
dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi
ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca
mis deməkdir) də işlədilir.
Eneolit dövrü daş dövründən sonra başlamışdır. Eramızdan əvvəl V-IV
minilliklərdə dünya xalqlarının maddi-istehsalında əsaslı dəyişikliklər baş vermiş,
ibtidai insanlar ilk dəfə olaraq metal istehsal etməyi, ondan əmək alətləri
düzəltməyi öyrənmişdilər. İnsanın kəşf etdiyi ilk metal mis olmuşdur.
Tədqiqatlarla müəyyən edilmişdir ki, bu mühüm kəşf, hər şeydən əvvəl, yeraltı mis
ehtiyatları ilə zəngin olan Ön Asiya ölkələri və Qafqazla bağlı idi. Lakin ilk
metalın kəşfi ilə daş öz əhəmiyyətini itirməmiş, alət və silah hazırlamaq üçün uzun
müddət yenə də əsas xammal rolunu oynamışdı. Əslində eneolit daş dövründən
metal dövrünə keçid mərhələsi olmuşdu. Buna görə də eneolit dövrü abidələrindən
misdən çox daş alətlərin tapılması qanunauyğun bir haldır.
Eneolit dövrünün tarixi əhəmiyyəti ondan ibarət olmuşdu ki, məhz bu
dövrdə insanların ictimai həyatında iki böyük dəyişiklik baş vermiş – ilk böyük
ictimai əmək bölgüsü yaranmış və ana nəsli ata nəsli ilə əvəz olunmuşdu.
(Davamı...)
Seçilmiş bioqrafiya
Lətif Kərimov 1906-cı ildə AzərbaycanınQarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur.
1912-ci ildə onların ailəsi İranınMəşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.
Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi.
Mədəniyyət tarixi
Portal:Mədəniyyət/Mədəniyyət tarixi
Bilirsinizmi ki...
İlk insan yaşayış məskənlərindən Azıx mağarası Azərbaycan ərazisində aşkar edilmişdir.