(Qismən tanınan Qərbi-Bolqar muxtariyyəti, Makedoniya Respublikası ərazisində narıncı rəngdə işarələnmişdir)
Bolqarıstan (bolqar: България, [bɤlɡˈariɤ]), rəsmi olaraq Bolqarıstan Respublikası (Bolqar: Република България, [rɛpˈubliˌkɤ bɤlɡˈariɤ]), Cənub-Şərqi Avropada bir ölkədir. Şərqdən Qara dəniz, cənubdan Yunanıstan və Türkiyə, qərbdə Serbiya və Şimali Makedoniya Respublikası, şimaldan isə əsasən Dunay çayı boyunca Rumıniya ilə həmsərhəddir. Bolqarıstanın sivil tarixi altı minildən çox Avropanın və bəlkə də dünyanın ilk ədəbi mədəniyyətinin yarandığı bir dövrü əhatə edir. Ərazi və əhali baxımından nisbətən kiçik olmasına baxmayaraq, Bolqarıstanın Çin, Hindistan və Misir böyük ölkələrə nisbətən böyümə, tənəzzül və orta əsr intibah dövrləri boyunca davamlı tarixi olmuşdur. Müasir Bolqarıstan dövləti ilk olaraq eramızdan əvvəl 681-ci ildə Bulqar İmperiyasının yaranması ilə quruldu. 1018-ci ildə Bizans imperatorluğu tətəfindən suqut olunan imperiya,1185-ci ildə ikinci dəfə müstəqillik qazandı. İmperiya 1396-cı ildə tamamilə Osmanlı İmperiyası tərəfindən işğal edildi. 1422-ci ildə yenidən müstəqil oldu. Mövcud Bolqarıstan dövləti 1878-ci ildə yarandı və 1908-ci ildə Osmanlı İmperiyasından tamamilə ayrıldı. İkinci Dünya Müharibəsindən sonra Şərq Blokunun bir hissəsi olan Bolqrıstan, bu gün, unitar,parlamentli respublika və müstəqil dövlətdir. Avropa Birliyi və NATOunun üzvüdür. Paytaxtı Avropanın ən qədim paytaxt şəhərlərindən biri olan Sofiyadır.
Rodop dağları (bolq.Родопи, yun.Ροδόπη, türk.Rodop) — Balkan yarımadasında, Bolqarıstan və Yunanıstanda yerləşən dağlar sistemi. Ən hündür zirvəsi Qolyam Perelikdir.
Dağların 87%-i Bolqarıstanın cənub sərhədlərində, qalan 17%-i Yunanıstanda yerləşir. 2.191 hündürlüyü ilə Qolyam Perelik dağı Bolqarıstanın ən hündür 7-ci dağıdır.
Karst ərazilərə sahib olan Rodop dağlarının uzunluğu 220km, eni 100–120km-dir. Əhatə etdiyi sahə isə 14.735km² olub orta hündürlüyü 785 metrdir. Dağlarda biri YUNESKO-nun Dünya irsi siyahısında olan 15 milli park yerləşir. Ən məşhuru Velinqrad və Narexen olmaqla bir çox mədən suyu yerləşir.
(Dvamı...)
Seçilmiş şəkil
Mladostda sosialist dövrünə aid mənzil
Bilirsinizmi?
... gənc yaşlarında bir qəzadan sonra bolqar şairi Pencho Slaveykov yazmaq və danışmaqda çətinlik çəkdi.
... Bolqarıstanlı Dobri Zhelyazkov Osmanlı İmperiyasında ilk tekstil fabrikini qurdu.
... Münhendəki Olimpiya Stadionuna bənzər memarlıq elementləri Sofiyada son təmirində Mərkəzi Dəmiryol Stansiyasına daxil edildi.
... Bolqar yaylası Böyük İsgəndərin əmisi, yadplanetlilər və Nuhun gəmisi ilə əlaqələndirilir.