Poltva çayı
Ukraynada çay / From Wikipedia, the free encyclopedia
Poltva çayı (pol. Pełtew, ukr. По́лтва) — Ukraynada çay, Qərbi Buq çayının qolu. Lvov şəhəri çayın üzərində yerləşir, XIX əsrin sonlarına qədər şəhərin mərkəzindən, Şevçenko, Svoboda və Çernovolun müasir prospektlərindən keçirdi.[1]
Poltva çayı | |
---|---|
| |
Ölkə | |
Mənbəyi | Lvov vilayəti |
Mənsəbi | Buq çayı |
Uzunluğu |
|
![]() |
Çayın mənbəyi Avropanın əsas su hövzəsində yerləşən "Pogulanka" şəhər parkında (dəniz səviyyəsindən təxminən 350 metr yüksəklikdə) yerləşir. Çay Baltik dənizi hövzəsinə aiddir. XIX əsrdə çay şəhər mərkəzinin altından keçən kollektorla bağlandı və Lvovun kanalizasiya sisteminin bir hissəsi oldu. Kanalizasiya uzunluğu: 1870 - 15 km, 1903 - 54 km, 1910 - 82 km, 1939 - 150 km-dən çox idi. Rostoçyanın cənub hissəsindən keçir və Busk şəhəri yaxınlığında Qərbi Buqa qovuşur.[2]
Çay bir vaxtlar çirklənmə ilə bağlı ciddi problemlərlə üzləşmişdi. Nəticədə, çay üzəri betonla örtüldü və 1839-cu ildən başlayaraq Lvovun yeraltı kanalizasiya sisteminə daxil edildi. İkinci Dünya müharibəsi zamanı yeraltı çay nasist zorakılığından qaçan yəhudilər üçün sığınacaq kimi istifadə olunurdu.[3]