Polşanın kişilərdən ibarət milli basketbol komandası
From Wikipedia, the free encyclopedia
Polşanın kişilərdən ibarət milli basketbol komandası — Polşanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 28 dəfə basketbol üzrə Avropa çempionatında və bir dəfə basketbol üzrə dünya çempionatında iştirak etmişdir, 1960-cı illərdə bu yarışlarda 2 bürünc və bir gümüş medal qazanmışdır. 1997-ci ildə Avropa çempionatında iştirakdan uzaqlaşmış, lakin 2007-ci ildə yenidən bu mötəbər turnirə qayıtmışdır. Polşa Basketbol İttifaqının rəhbərliyi altında çıxış edir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a5/Polska2010.jpg/640px-Polska2010.jpg)