From Wikipedia, the free encyclopedia
Po çayı — İtaliyanın birinci, Avropanın da ən böyük çaylarından biridir. 652 km uzunluğundadır. Qolları ilə birlikdə 71,000 km²-lik bir hövzəyə malikdir. Ponun ən mühüm qolları Qərb Alplarında Mont Blanc və Monviso Dağları ətəklərindən gələn çaylardır. Çay Po düzənliyində şimaldan gələn Casale, Ticino, Mincio, Adda, Oglio; cənubdan gələn Tonaro, Trebbia, Secchina, Panaro kimi çaylarla birləşərək Venedikin 60 km qədər cənubundakı Mesolada Adriatik dənizinə tökülür. Çayın mənsəbindən Piacenza və Cremona şəhərlərinə qədər olan 260 km-lik məsafə nəqliyyata əlverişlidir.
Po | |
---|---|
Ölkə | |
Mənsəbi | Adriatik dənizi |
Uzunluğu |
|
Su sərfi | 1.460 m³/s |
Hövzəsinin sahəsi | 74.000 km²[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın qolları ilə birlikdə suladığı Po Düzənliyi, İtaliya iqtisadiyyatına mühüm mühüm kömək edir. Lombardiya, Emilia- Romagna, Piemonte, Veneto əyalətlərinin sərhədləri daxilində 46.000 km² lik bir sahəni örtən düzənlikdə heyvandarlıq, taxıl, yem, sənaye bitkiləri, meyvə, tərəvəz yetişdirilməsi çox inkişaf etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.