From Wikipedia, the free encyclopedia
Pirlepe müharibəsi — I Balkan müharibəsi zamanı 3 noyabr 1912-ci ildə başlayıb 5 noyabr 1912-ci ildə başa çatıb. Serbiya ordusu müasir Makedoniya Respublikasında yerləşən Pirlepe qəsəbəsi yaxınlığında Osmanlı ordusu ilə qarşı-qarşıya gəldi. Müharibə üç gün ərzində davam etdi. Osmanlı ordusu məğlub olaraq geri çəkilmək məcburiyyətində qalmışdır[1].
Pirlepe müharibəsi | |||
---|---|---|---|
Osmanlı-Serbiya müharibələri | |||
Tarix | 3 noyabr-5 noyabr1912 | ||
Yeri | |||
Nəticəsi | Serbiyanınnın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
Pis hava şəraiti və qarışıq yollar ələ keçən fürsətin Serbiya baş komandanlığı tərəfindən qiymətləndirməməsi nəticəsində Serbiya ordusu Kumanova müharibəsindən sonra geri çəkilən Osmanlı I ordusunu təqib edə bilmədi. Bu vəziyyət Serbiya Morova diviziyasını Drina diviziyasının önündən irəliləməyə məcbur oldu. Pirlepe (Prilep) şəhərinə doğru irəliləyən Morava diviziyasının qabaqcıl qüvvələri şəhrin şimalında yerləşmiş Qara Səid Paşa komandanlığı altındakı Osmanlı V kolordusu qüvvələrinin müqaviməti ilə qarşılaşdı. Osmanlılar şəhər yaxınlığında müvəqqəti də olsa bir müdafiə xətti qurmağa nail olmuşdular. Beləliklə 3 gün davam edəcək Prilep müharibəsi başlamış oldu. O gecə Serbiya ordusunu dayandıran Osmanlı qüvvələrinə qarşı, bu dəfə 4 noyabr səhəri Drina diviziyasının cəbhəyə yetişməsi ilə Serblər böyük bir qüvvə üstünlüyünü təmin etmiş oldular. O gün səhərində yenilənən serbiya hücumları və qüvvə üstünlüyü nəticəsində, sayca az Osmanlı qüvvələri şəhərin cənubuna çəkilmək məcburiyyətində qaldı. Beləliklə Serblər Osmanlılar qarşısında çox böyük üstünlük əldə etdilər.
5 noyabrda Pirlepe şəhərinin cənubunda Pirlepe-Manastır yolu üstündəki Osmanlı mövqeləri istiqamətində irəliləyən Serblər yenidən hücuma geçdilər. Sayca az olan Osmanlı qoşunları üçün müdafiə mövqeyində bir üstünlük olsa da, sayca üstünlük,süngü və əl bombaları serblərə əlbəyaxa döyüşdə böyük üstünlük verirdi. Bununla bərabər Osmanlı qüvvələrində digər çatışmazlıqlar ağırartilleriya toplarının olmaması idi. Digər tərəfdən Osmanlı ordusunun əhvalı Kumanova və Balkan müharibəsində üst-üstə alınan məğlubiyyətlərlə pis vəziyyətdə idi, ancaq serblər Osmanlı qüvvələrini mövqelərdən çıxartmaq üçün günün böyük bir qismini döyüşmək məcburiyyətində qaldılar. Açıq şəkildə Serbiya qüvvələrinin apardığı piyada hücumları tərəfsiz bir Osmanlı qoşunlarına olduqca təsir göstərmişdir.
Kumanova müharibəsi və sonra Üsküpdə tərk edilən toplar burada olsaydı, Prilepin cənubunu müdafiə edən Osmanlı qüvvələrinə böyük faydalar gətirə bilər və müharibənin gedişini dəyişdirə bilərdilər. Serblərin piyada hücumlarındakı hiyləgərlik çatışmamazlığı I və II Balkan müharibələrində döyüşən tərəflər arasında ən ağır itkilər verənlərdən biri olmalarına yol açması yanında I Dünya müharibəsində də eyni taktika istifadə edən Serblər çox ağır itkilər vermişdilər. Soyuq və yağışlı səfər sonrası Üsküpdə yatağında xəstə vəziyyətdə yatan,telefonla ordusu ilə əlaqə saxlayan vəliəhd prens II Alexanderın yoxluğunda Serbiya I Ordusu vuruşmuşdur.
Pirlepeyi tərk edən Osmanlı V diviziyası inadla şəhərin cənubunda toqquşmaya daha bir müddət davam etdi. Ancaq serblərin güclü hücumları ilə canlı qüvvələrin çoxluğu Osmanlılara üstün gəldi. Ancaq geri çəkilən Osmanlı qoşunları, Serblərə çəkilmə zamanı böyük itkilər verdirdilər. Osmanlı ordusunun 300 ölü,900 yaralı və 152 əsirinə qarşı Serblər 2000 ölü və yaralı verdilər. Müharibənin nəticəsində Monastıra gedən cənub-qərb istiqaməti serblərə açılmış oldu. Sonra olacaq Monastır müharibəsi nəticəsində bütün Makedoniya Osmanlı İmperiyasının əlindən həmişəlik çıxmış oldu[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.