![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8d/%25D8%25AF%25D9%2588%25D8%25B1%25D9%2586%25D9%2585%25D8%25A7%25DB%258C%25DB%258C_%25D8%25A7%25D8%25B2_%25D9%25BE%25DB%258C%25D8%25B1%25D8%25A7%25D9%2586%25D8%25B4%25D9%2587%25D8%25B1_-_panoramio.jpg/640px-%25D8%25AF%25D9%2588%25D8%25B1%25D9%2586%25D9%2585%25D8%25A7%25DB%258C%25DB%258C_%25D8%25A7%25D8%25B2_%25D9%25BE%25DB%258C%25D8%25B1%25D8%25A7%25D9%2586%25D8%25B4%25D9%2587%25D8%25B1_-_panoramio.jpg&w=640&q=50)
Piranşəhr
From Wikipedia, the free encyclopedia
Piranşəhr — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Piranşəhr şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən bu şəhərin 138.864[2] nəfər əhalisi var idi[3].
Piranşəhr | |
---|---|
پیرانشهر | |
![]() | |
![]() | |
36°41′40″ şm. e. 45°08′30″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.449 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 444 |
Digər | |
pirancity.net | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Bölgənin tarixi adı Xana / Xanevi[4] olub, və əhalisini Azərbaycan türkləri təşkil etmişdir. Ancaq sonradan kürdlər şəhərə yerləşməyə başlamış, Pəhləvi sülaləsinin hakimiyyəti dövründə və daha sonra yeni yaranmış İran İslam Respublikasının mərkəzi hökumətinin xeyir-duası ilə türk əhalinin əksər hissəsi kürdlərin təzyiqi ilə silah gücünə zorla çıxarılmışdır.
İndiki rəsmi adı olan Piranşəhr isə bu ərazidə sonralar məskunlaşmış kürdlərin piran tayfasının adından və "şəhər" sözünün farscadakı variantı olan "şəhr"dən ibarətdir.
Hazırda burada əhalinin çoxluğunu kürdlər, az bir hissəsini isə azərbaycanlılar təşkil edir.