![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b1/P%25C4%25B1narg%25C3%25B6z%25C3%25BC-ISPARTA-TURKEY.jpg/640px-P%25C4%25B1narg%25C3%25B6z%25C3%25BC-ISPARTA-TURKEY.jpg&w=640&q=50)
Pinargözü mağarası
From Wikipedia, the free encyclopedia
Pinargözü (türk. Pinargözü Mağarası, suyun gözü) — Türkiyənin cənub-qərbində mağara. Mağara Isparta ilində yerləşir. Pinargözü mağarası Yenişarbademli ilçəsindən 11 km qərbdədir. Mağara uzunluğu 10-16 km-dir. Uzunluğuna görə mağara Türkiyədə birinci, Avropada isə ikincidir. Mağara girişi 1550 metr yüksəklikdə, Dedegel dağının yamacındadır. Giriş ölkənin Qızıldağ milli parkının ərazisindədir. Mağara daxilində çay, göl və şəlalə mövcuddur. Mağara daxilində olan suyun temperaturu 4–5 °C-dir. Mağara havasının temperaturu 5 ° C-dir. Mağara girinşində sürətli axım mövcuddur və daima güclü külək əsir. Küləyin sürəti 166 km /s-dır. Mağara stallaktit və stalaqmitlərlə zəngindir. Mağara daxili sona qədər tədqiq olunmayıb. Hər il mağara daxilində yeni ərazilər aşkar olunur. Pınargözü mağarası Tavr dağlarının karst proselərinin güclü getdiyi bölgədədəir. Ümumi sahəsi 40 000 km²-dir. Ərazinin süxurları əsasən trias yaşlıdır. Mağaraya giriş məhdudiyyəti var.
Pinargözü | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Dərinliyi | 720[1] |
Uzunluğu | 16[2] |
Kəşf tarixi | 1964 |
Yerləşməsi | |
37°41′44″ şm. e. 31°18′33″ ş. u. | |
Ölkə |
![]() |