From Wikipedia, the free encyclopedia
Pilqremlər (ing. Pilgrims) - ABŞ ərazisində yaşamağa başlamış ilk avropalılar. Pilqremlər dini təzyiqlər altında, gəmilərlə Amerikaya gəlmişdilər. Onların ilk məskəni Massaçusets ştatının Plimut şəhəri hesab olunur. Böyük Britaniyada kralın dini təqibləri gücləndirməsi, müxtəlif din sahiblərinin digər ərazilərə, xüsusən Amerikaya axınını sürətləndirmişdir. Pilqremlər tərəfindən ilk koloniya 1620-ci ildə yaradılmışdır. Bu kaloniya 1607-ci ildə Amerikada avropalıların ilk yaşayış yeri olan Ceymstaundan sonra salınan ikinci koloniya idi. Pilqremlər ABŞ-də yaşayan gəlmə əhalinin formalaşmasında mühüm rol oynamışdılar. Milad bayramı Şimali Amerikada ilk dəfə 1621-ci ildə pilqremlər tərəfindən qeyd olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.