Pikaçu
From Wikipedia, the free encyclopedia
Pikaçu (ピカチュウ, Pikachū?); ing. Pikachu) — Nintendo və Game Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan "Pokemon"da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Ken Suqimori və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə "Pokémon Red və Blue" videooyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir, o franşizin rəsmi talismanı kimi son illərdə isə Yapon pop mədəniyyətinin ikonasına dönmüşdür.[1]
Pikaçu | |
---|---|
yap. ピカチュウ | |
Arbok→ Pikaçu (#025) → Rayçu | |
İngilis adı | Pikachu |
Yapon adı | Pikachu |
Profil | |
Nəsil | I |
Növlər | Siçanlar |
Nədən təkamül edib | Piçu |
Nəyə təkamül edib | Rayçu |
Tipi |
Elektrik |
Boyu | 40 sm |
Çəkisi | 6 kq |
Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir.