Pidna (yun.Pydna) döyüşü — Fermey körfəzinin sahilində, Qədim Makedoniya şəhəri Pidna yaxınlığında, e.ə 168-ci ilin 22–23 iyununda, 3-cü Makedoniya müharibəsinin həlledici döyüşü. Emili Pavelin başçılığı altında 26 minlik romalı ordusu iyunun 21-də Pidnaya yaxınlaşdı. Pidnanın mühasirəsinə imkan verməmək üçün Makedoniya çarı Perseyin 40 minlik makedon ordusu şəhər civarında düzüldü. Ertəsi gün makedoniyalılar birinci döyüşü başladılar. Makedon falanqası güclü zərbəsi ilə romalıları sıxışdırmağa başladı. Geri çəkilməkdə olan romalıların ardınca gələn falanqa kəsişən(yarğanlı) ərazi ilə hərəkət etməli oldu. Yarğanların üzərindən keçə bilməyən monolit falanqanın sırası pozuldu. Emili Pavel legionun manipulyar düzülüşündən istifadə edərək, falanqanın yaranmış dəliklərinə hucum etmək əmri verdi. Makedon falanqası darmadağın edildi. Makedoniyalılar 20 min ölü və 11 min əsir itki verdilər. Romalıların itkiləri dəfələrlə az idi. Pidna döyüşündə, Makedoniya müharibələrinin başqa döyüşlərində olduğu kimi, bu döyüşdə də manipulyar taktikanın falanqa taktikasından üstün olması bir daha sübut olundu.

Cəld faktlar Tarix ...
Pidna döyüşü
Thumb
Tarix 22 iyun e.ə. 168
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Bağla

    Mənbə

    • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 6 səh.332

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.