From Wikipedia, the free encyclopedia
Peribsen ya Set Peribsen (e.ə. 2775 – təq. e.ə. 2650) — Erkən padşahlıq dövrü, II sülalə zamanında təqribən e.ə. XXVIII və ya XXVII əsrin əvvəllərində 17 il müddətinə hıkmranlıq etmiş Qədim Misir fironu. Peribsenin digər fironlardan fərqləndirən cəhət ondadır ki, o, öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir. Sülalə öncəsi dövrlərdə Set Aşağı Misirin rəmzi hesab olunurdu. Ola bilsin ki, Peribsen Aşağı Misir üsyançılarının başçısı olsun və onun hakimiyyəti bütün Misir ərazisinə şamil edilmirdi. Məhz bu dövrdə bir çox Qədim Misir hökmdarlarının qəbirləri yandırılaraq məhv edilmişdir. Peribsenin xələfi sayılan Xasexemui öz hökmdar titulları kimi hər iki Hor və Set adlarından istifadə etmişdir. Lakin sonralar yalnız Hor adı titulu ənənəsi bərpa edilmişdir.
Qədim Misir fironu | |
Peribsen | |
---|---|
| |
Sülalə | II sülalə |
Tarixi dövr | Qədim Misir, Erkən padşahlıq, Misirdə ikinci padşahlıq dövrü |
Vikianbarda əlaqəli mediafayllar |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.