Pensər

Astara rayonunda kənd From Wikipedia, the free encyclopedia

Pensərmap

PensərAzərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd.[1]

Cəld faktlar Ölkə, Rayon ...
Pensər
Thumb
38°36′48″ şm. e. 48°49′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.702 nəf.
Xəritəni göstər/gizlə
Thumb
Pensər
Pensər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Etimologiyası

Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki "yuxarı" və sə "baş", "hündür" sözlərindəndir (Yuxarıbaş kəndi).[2]

Tarixi

Kəndin qədim adı Butəsərdir.

Şeyx Zahid Gilani Astaranın Butəsər (indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253-cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbiristanlığındadır.

Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır. O, bu barədə rayon mədəniyyət və turizm idarəsinə məlumat verir. Aparılan tədqiqatlara əsasən məlum olur ki, həmin kərpiclərin 19-cu əsrin əvvəllərində inşa olunan kərpic kürəsinin qalıqlarıdır. Bu kərpic kürəsi İntizarın ulu babası, Astara mahalında dövrünün tanınmış xeyriyyəçi olan Hacı Teymura məxsusdur. O, nənəsindən vaxtilə bu həyətdə kərpic kürəsinin mövcud olduğunu tez-tez eşidib. Amma onun yerini heç kim dəqiqləşdirə bilməyib. Çünki, represiya illərində kürə torpağa basdırılırb. Mütəxəsisslər kərpic bunu sovet rejiminin imkanlı adamlara münasibətinin nəticəsi kimi dəyərləndirir. Tarixi faktlar da göstərir ki, burada bişirilən kərpiclər vasitəsilə Pensər və ətraf ərazilərdə bir sıra irimiqyaslı tikililər inşa olunub. Hacı Teymurun özünün şəxsi vəsaiti ilə tikdirdiyi XIX əsrdə Hacı Teymur məscidinin binası bu kürədə hazırlanan kərpicdən tikilib. Hacı Teymurun oğlu Hacı Osmanda 1912-ci ildə ilk rus-tatar məktəbinin bünövrəsini məs buradakı bişirilmiş kərpiclərdən qoymuşdur. Həmin məktəb binası da 1912-ci ildə aşılmış Pensər kəndində fəaliyyət göstərmiş məktəblərdən biridir. Qeyd edək ki, hazırda Hacı Teymur məscidi və Astarada ilk ümümtəhsil müəssisəsi olan Rus-Tatar məktəbinin binası yerli əhəmiyyətli mədəni abidə kimi dövlət qorunur. Butəsər. Talış xanlığında tarixi bir mahal olmuşdur. 1829-cu ildə tərtib edilmiş bir xəritədə Putasar şəklində Lənkəran ilə Astara arasında olan Xəzər sahilindəki ovalıqlarda göstərilir. Şahağac, Kəkalos, Siyaku, Şıxakəran kimi bir sıra kəndlər bu mahala daxil imiş. 1825-ci ildə Lənkəranın cənub ovalıqlarında Tənkərud və Ərcivan kənd icmaları sırasında Putasar da qeyd olunur. Bu tarixi mahalın ərazisi hazırda Astara rayonuna daxildir. Güman ki "Əxbarnamə"də adı çəkilən Butəsər kəndi hal hazırda Astara rayonunun Pensər kəndidir.

Thumb

Tanınmış şəxslər

Şəhidləri

  • İsmayıl Əliyev (1973–1992).
  • Elruz Camalov (1974–1994).
  • İlyas Rəhmanov (1965–1996).
  • Pərvin Salmanzadə (1991–2020).
  • Samir Səmədov (2002–2020).

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.