![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/31/Paektu-san.jpg/640px-Paektu-san.jpg&w=640&q=50)
Pektusan dağı
From Wikipedia, the free encyclopedia
Pektusan dağı və ya Baytouşan dağı — Potensial olaraq Koreya Xalq Demokratik Respublikasının (Yanqando əyaləti) və Çinin (Szilin əyaləti) sərhədində yerləşən aktiv vulkandır. Dağ dəniz səviyyəsindən 2744 m hündürlüyə malikdir və Mançjuro-Koreya dağlarının ən yüksək nöqtəsidir. Həmçinin bütün Mancuriya və Koreya yarımadasının ən yüksək nöqtəsidir.[2]
Pektusan dağı | |
---|---|
kor. 백두산, çin. 长白山 | |
![]() Pektusan dağı, aprel 2003-cü il. NASA-dan görünüş. | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Mançjuro-Koreya dağları |
Dağ silsiləsi | Çanbayşan |
Mütləq hündürlüyü | 2744[1] |
Nisbi hündürlüyü | 2.593 m |
Yerləşməsi | |
41°59′34″ şm. e. 128°04′38″ ş. u. | |
Ölkələr | |
![]() |
Koreya dilində Pektusan (kor. 백두산) "ağbaş dağ" mənasını bildirir. Çin dilində Çanbayşan (çin. 长白山) və mancur dilində Qolmin Şanqiyan Alina (manc. {{{2}}}) "əbədi ağ dağ " mənasını bildirir.
Vulkanın Koreya ərazisinə düşən hissəsində 1959-cu ildə Koreyanın ən böyük qoruğu yaradılmışdı. Daha sonralar Çin tərəfindən təbii qoruq yaradılmışdır. 1979-cu ildə onlar beynəlxalq biosfer qoruğuna birləşmişdilər.