Pedaqoji test
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur.
Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir.
Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur.
Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır.
Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir.
Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir. Pedaqoji test tapşırıqlarının çətinlik dərəcəsi artan istiqamətdə düzlənməlidir. Başqa sözlə desək, test tapşırıqlarının asandan çətinə doğru artan sıra ilə düzlənməsi testlərin əsas formal sistem yaradıcı xüsusiyyətidir.
Müəyyənləşdirilmiş məzmun - test tapşırıqlarının tərkibində tədris fənnini əhatə edən yoxlama materiallarından bacarıqla istifadə etmək başa düşülür. Test tapşırıqlarının məzmunu qəbul edilmiş test formaları çərçivəsində təqdim olunmalıdır. Test tapşırıqlarının məntiqi müəyyənliyi əlaməti əsas test faktorlarından biridir. Belə ki, test tapşırığının birqiymətli şəkildə doğru, yanlış və ya buraxılmış kimi cavablandırılması üçün effektiv metodun varlığı məntiqi müəyyənliyin təyin olunmasının əlamətidir.
Çətinlik dərəcəsi - nəzəri və ya emprik formada ölçülə bilən çətinlik xarakteristikalarının cəmi başa düşülür. Çətinlik dərəcəsi testlərin sistem- və struktur-yaradıcı faktoru kimi qələmə verilə bilər.
Test tapşırığının cavablandırılması - tapşırığın məzmun və formasına uyğun olaraq qısa mülahizənin seçilməsidir. Hər bir test tapşırığına müvafiq şəkildə doğru və yanlış cavablar təqdim oluna bilər. Düzgün cavablar testlərin müəllifləri tərəfindən birqiymətli olaraq təyin olunur. Düzgün cavablandırma ehtimalı əsasən sınaq iştirakçısının biliklərinin səviyyəsindən və test tapşırığının çətinlik dərəcəsi arasındakı münasibətdən çox asılıdır. Testlər vasitəsilə sınaq iştirakçılarının bilik, bacarıq, vərdişləri, o cümlədən təklif olunan predmeti əhatə edən elmi-praktiki təsəvvürləri qiymətləndirilir. Pedaqoji ölçmələr testlərin keçirilməsi vasitəsidir. Bu baxımdan biliklərin keyfiyyət əlamətləri olaraq biliklərin səviyyəsi və strukturu kimi göstəricilər əsas götürülür.
Biliklərin səviyyəsi dedikdə, sınaq iştirakçısının test tapşırıqlarına verdiyi hər bir cavabdan asılı olaraq toplanılmış balların cəmini xarakterizə edən ümumi balların müqayisəsi başa düşülür. Düzgün cavablar çox olduqca bu səviyyə daha üstün və qabarıq görünür. Biliklərin səviyyəsi hər bir fərdin şəxsi hazırlığından və qabiliyyətindən daha çox asılıdır.
Biliklərin strukturu dedikdə, test tapşırıqlarının çətinlik dərəcəsi artdıqca verilmiş doğru və ya yanlış cavabların müəyyən ardıcıllıqla düzülüşü baxımından qiymətləndirilməsi başa düşülür. Hər bir fərdin biliklərinin strukturunun təqdimatı forması sınaq iştirakçısının biliklərinin profili hesab oluna bilər. Biliklərin profili qiymətlərin nizamlı düzülüşünü xatırladaraq test nəticələrinin matrisasında xətti vektor sırası əmələ gətirir. Belə ki, bir qədər asan sualların düzgün cavablandırılması, müəyyən həddən sonra tam yanlış cavablandırma biliklərin strukturunun düzgünlüyü əlamətidir. Yəni, matrisada 1-lərin ardınca 0-ların düzülməsi biliklərin profilinin də düzgünlüyü əlamətidir. Əks halların müşahidə olunması test məntiqinə ziddir və belə biliklərin strukturu invertasiya olunmuş kimi xarakterizə olunur. Bundan əlavə faktorial analiz metodunun köməyilə faktorial strukturları da aşkarlamaq olar. Hər bir sınaq iştirakçısının biliklərinin strukturunun düzgünlüyünə nail olmaq tədris müəssisəsinin ümdə vəzifəsidir. Biliklərin strukturundakı kəskin diskretlik yolverilməzdir. Biliklərin strukturunun düzgünlüyü tədris prosesinin yetərli təşkili, təlimin fərdiləşdirilməsi, pedaqoji ustalıq və yoxlama-nəzarət metodlarının obyektivliyindən daha çox asılıdır.
Pedaqoji Testləşdirmə - Pedaqoji testlərin işlənməsini, sınaq iştirakçılarının bilik səviyyəsinin standat proseduralarla ölçülməsinin hazırlanması və keçirilməsini təmin edən, həmçinin alınmış nəticələrin statistik emalı, müqayisəli analizini nəzərdə tutan metodiki, texniki, təşkilati tədbirlər toplusudur.
Pedaqoji ölçmələr – Sınaq iştirakçılarının tədris fəaliiyəti nəticəsində qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinin metodu və üsullarının işlənilməsi və tətbiqi .
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.