Peşna mağarası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Peşna (mak. Пешна) ― Makedoniyada mədəniyyət abidəsi elan edilmiş mağara. Mağara Makedonski-brod qəsəbəsindən 6 kilometr aralıda yerləşir. Speleoloqların fikrincə, Peşna Balkan yarımadasında ən böyük girişə malik mağaradır: Peşnanın girişinin hündürlüyü 40 metr, eni isə 56 metrdir. Mağaranın uzunluğu isə 124 metr (407 ft)-dir. Mağarada yarasalar yuva qurur və orada yaşayır.[1] New York Times qəzetində mağaranın gözəlliyi "Üzüklərin hökmdarı" (ing. Lord of the Rings) filmindəki Helms Deep ilə müqayisə edilimişdir.[2]
Peşna mağarası | |
---|---|
Yerləşməsi | |
41°32′51″ şm. e. 21°15′09″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağaranın şimal hissəsində, güclü yağışlar və qar əriməsindən sonra, yayda təmamilə quruyan su axını yaranır. Mağaranın girişində orta əsrlərə aid bir qala və dəyirmanın qalıqları var. Yerli əfsanələrə görə, buradakı qalalarda Kral Markonun bacıları yaşayırdı. Peşna Makedoniyadakı ən qədim əraziolaraq qeydiyyata alınmışdır. Mağaranın girişinin qarşısında makedoniya çarlığınına aid qədim türbənin qalıqları aşkar edilmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.