Patimat Abakarova
Rusiya və Azərbaycan taekvondoçusu / From Wikipedia, the free encyclopedia
Patimat Abakarova (23 oktyabr 1994, Mahaçqala, Dağıstan) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu.
Patimat Abakarova | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Patimat Abakarova | |||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya (2010—2012) → Azərbaycan (2012—) |
|||||||||||||||||||||||||
Doğum tarixi | 23 oktyabr 1994(1994-10-23) (29 yaş) | |||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||
Boyu | 165 sm. (5 ft 5 in) | |||||||||||||||||||||||||
İdman növü | Taekvondo | |||||||||||||||||||||||||
Karyera illəri | 2010— | |||||||||||||||||||||||||
Məşqçisi | İsmayıl İsmayılov | |||||||||||||||||||||||||
Komandası | Gilan İdman Klubu | |||||||||||||||||||||||||
Medallar
|
Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı.
2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.
Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.