Paris Konservatoriyası
From Wikipedia, the free encyclopedia
Paris Konservatoriyası — 1795-ci ildə yaradılan musiqi və rəqs məktəbi, hal-hazırda Parisin 19-cu bölgəsində mövcud olan Jan Jores küçəsində yerləşir. Konservatoriya musiqi, rəqs, dram və rəsm sahələrində ənənəvi "fransız məktəbi" istiqamətində təhsil verir. 1946-cı ildə konservatoriya iki ayrı konservatoriyaya ayrıldı; teatr, dram və aktyorluq fakültələrinin olduğu Conservatoire national supérieur d'art dramatique (CNSAD) və musiqi, rəqs təhsilinin verildiyi Conservatoire national supérieur de musique et de danse de Paris (CNSMDP).
Cəld faktlar Paris Konservatoriyası CNSMDP, Əsası qoyulub ...
Paris Konservatoriyası CNSMDP | |
---|---|
Conservatoire national supérieur de musique et de danse de Paris | |
48°53′20″ şm. e. 2°23′27″ ş. u. | |
Əsası qoyulub | 3 avqust 1795 |
Tələbə sayı | 1.339[1] |
Ölkə | |
Sayt | conservatoiredeparis.fr |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Konservatoriya Fransa Mədəniyyət Bələdiyyəsinin himayəsi altında fəaliyyətini davam etdirir.