PTT (Push to talk) — bir istiqamətdə siqnal göndərmək üçün, ikitərəfli radiointerfeys ilə təmin olunmuş əlaqə növüdür. Bu telefonlarda ratsiya funksiyasını daşıyan şəbəkədir. Danışıq siqnallarını göndərmək və qəbul etmək üçün telefonda lazım olan düyməni sıxmaq lazımdır. Bu isə hamımızın yaxşı tanıdığı radio əlaqə qurğusunu (rus dilində: Рация) xatırladır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mobil əlaqədə PTT funksiyası
PTT telefonlar üçün ilk əlaqə standartlarındna biri sayılır. İlk telefon qurğularında operatorla əlaqə saxlamaq üçün istifadəçi PTT düyməsini basılı saxlayırdı. Bundan sonra operator ilə əlaqə yaranırdı və istifadəçidən zəng etmək istədiyi, yəni əlaqə saxlamaq istədiyi nömrə soruşulurdu və bundan sonra nömrələr arasında əlaqə yaradılırdı. Vahid mərkəz ilə əlaqə saxlamaq bu üsulun əsas prinsiöi sayılır. Bundan sonra vahid mərkəz sizi lazım olan nömrəyə yönəldir. Bu zaman iki abonent arasında kanal məşğul vəziyyətdə olur. Danışıq qurtardıqdan sonra operator əlaqəni kəsib kanaldan başqa əlaqələr yaratmaq üçün istifadə edirdi. Danışığın qurtarması iki qayda ilə baş verə bilərdi. İlk qayda bundan ibarət id ki, telefonda danışıq getmir və kanal siqnalları keçirmir. İkinci qayda ondan ibarət idi ki, abonentlərdən biri dəstəyi qoyaraq əlaqəni kəsir və kanal avtomatik olaraq operatora bunun barədə məlumat verirdi. Bu standartlardan ötən əsrin 80-ci illərində Kanadada istifadə olunub. Məhz bunun əsasında ilk dəfə olaraq "Mobil Telefonlar Sistemi" adlanan şəbəkə yaradılıb.
IP şəbəkələrdə PTT funksiyası
Son zamanlar PTT funksiyasından IP şəbəkələrdə istifadə halı genişlənib. Bu tendensiyaya təkən verən amil "nöqtədən multinöqtəyə" (point-to-multipoint) adlı audio tipli siqnalların PTT sisteminə göndərilməsi oldu. Bunun sayəsində eyni anda bütün istifadəçilərin bir-birini rahatlıq eşidə biləcəyi ünsiyyət qrupları yaradıldı.
PTT funksiyası 2 əsas texnologiyaya əsaslanır:
Şəbəkədən asılı olan PTT
Bütün istifadəçilər PTT şəbəkəsinə müraciət edərək, siqnalların göndərilməsi və digər istifadəçilərdən (və ya qruplardan) siqnalların qəbul edilməsi üçün icazə alır. Bu zaman istifadəçi və şəbəkə arasında olan informasiya mübadiləsi SIP protokoluna əsasən yaradılır. Bundan sonra istifadəçi əlaqə saxlamaq istədiyi digər istifadəçini seçərək vahid şəbəkədən əlaqəni başlatmağı istəyir. Əgər digər istifadəçi (və ya qrup) başqa siqnallar ilə məşğuldursa onda server bu əlaqəni yaratmayacaq. Əgər digər istifadəçi (və ya qrup) başqa siqnallar ilə məşğul deyilsə, onda server əlaqə kanalını istifadəçilərin ixtiyarına verəcək.
"Danışıq" funksiyasını daşıyan düymə basılı vəziyyətdən çıxdıqdan sonra serverə avtomatik olaraq əlaqənin kəsilməsi barədə məlumat verilir. Sistem təşkilatlarından asılı olaraq, sever əlaqəni kəsərək istifadəçilərə bu barədə məlumat göndərə bilər. Müsbət cəhət ondan ibarətdir ki, istifadəçi əlaqənin mərkəzi idarəetməsini tam şəkildə öz qurğusunda cəmləşdirə bilir. Mənfi cəhət isə ondan ibarətdir ki, şəbəkə ilə əlaqə müəyyən məbləğ tələb edir.
Şəbəkədən asılı olmayan PTT
İstifadəçi müstəqil olaraq, şəbəkəyə qoşulmadan əlaqənin başlaması ilə bağlı qərar qəbul edir. Bundan sonra istifadəçi istədiyi zaman əlaqəni kəsə bilər və yaxud digər istifadəçi ilə qarşılıqlı razılıq ilə əlaqədə fasilə elan edə bilər. Müsbət cəhət ondan ibarətdir ki, bu əlaqə zamanı vahid şəbəkəyə hansısa məbləğ ödəməyə ehtiyac yoxdur. Mənfi cəhət ondan ibarətdir ki, bu əlaqə zamanı istifadəçi, vahid şəbəkəli əlaqədən fərqli olaraq mərkəzi idarəetməni tam şəkildə öz qurğusunda cəmləşdirə bilmir.
Mənbə
- Azərbaycanın Mobil Mərkəzi Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine
- E. Ahonen "Implementing a Multi-access Push-to-Talk System and Analysing User Experience", 2007.
- A. Woodruff, P. M. Aoki "Push-to-Talk Social Talk", 2005
- R. Koivisto "Push-to-Talk over Cellular: Still searching for the flow of success", 2005
Həmçinin bax
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.