Pərviz Pərəstuyi (fars. پرویز پرستویی‎; 24 iyun 1955[1], Kəbudər Ahəng, Həmədan ostanı) — İran azərbaycanlılarından olan aktyormüğənni.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Pərviz Pərəstuyi
پرویز پرستویی
Thumb
Pərviz Pərəstuyi Fəcr Beynəlxalq Film Festivalında
Doğum tarixi 24 iyun 1955(1955-06-24)[1] (69 yaş)
Doğum yeri
Həyat yoldaşı Nəstərən Pərəstuyi
Uşağı 2
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti aktyor, müğənni, səsləndirmə aktyoru[d], televiziya aktyoru, teatr aktyoru
Fəaliyyət illəri 1983-cü ildən
Mükafatları Fəcr Beynəlxalq Film Festivalı Kristal Simurq mükafatı
Fəcr Beynəlxalq Film Festivalı Ən Yaxşı Aktyor mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Şəxsi həyatı

Pərviz Parastuyi Həmədan ostanının Kəbudər Ahəng şəhərində 24 iyun 1955-ci ildə azərbaycanlı ailədə dünyaya gəlmişdir.[2] [3][4][5]

Karyerası

Pərviz Parastuyi aktyor olmamışdan əvvəl məhkəmə sahəsində çalışmışdır. Onun film karyerası Diar-e Aşeghan (Aşıqlər diyarı) filmi ilə başlamışdır. Bu filmin uğurlu olmasından sonra onun uzun müddətdir davam edən film karyerası başlamışdır.

Film karyerası

Piştazan-i Fəth (Fəthin öncülləri), Shekar (Ov) kimi filmlərdə məşhurlaşdıqdan sonra Pərviz Parastuyi özünü komediya janrında da yoxlamağa başladı. Leily Ba Man (Leyla mənimlədir) filmində komik obraz olan Sadiq Meşkini obrazını canlandıran Pərviz Parastuyi, tənqidçilər tərəfindən yüksək qiymətləndirildi. Bu film İran filmoqrafiyasında İran-İraq müharibəsinə fərqli yöndən baxmağın əsasını qoydu. Çünki İran-İraq müharibəsi o dövrə qədər İran filmoqrafiyasında tabu materialı idi. Bu filmdə isə baş verən hadisələr komediya janrında əks etdirilirdi. İran televiziyasının müxbiri müharibə bölgəsindən reportaj etməli olur. Laki güclü müharibə qorxusuna görə azır və müharibə zonasından qaçmaq istəyərkən, azaraq düşmən xəttlərinə doğru irəliləyir.

Komediya filmində ilk dəfə çəkildikdən sonra yüksək qiymətləndirilən Pərviz Parastuyi bundan sonra da xeyli inqilabi komediya janrında olan filmlərə çəkilmişdir.

Pərviz Parastuyi İbrahim Hatemikiyanın çəkdiyi bir çox döyüş filmlərində də çəkilmişdir:

  • Rooban-e Ghermez (Qırmızı lent)
  • Ajans-E Shisheh-i (Şüşə agentliyi)
  • Moje Mordeh (Ölü dalğa)

Həmçinin o, Kamal Təbrizinin çəkdiyi bir çox komediya filmlərində də çəkilmişdir:

  • Eshgh-e Shisheh-yi (Şüşə sevgi)
  • Adam Barfi (Qar adamı)
  • Mard-e Avazi (Dəyişmiş insan)

Bundan əlavə o, bir satira filmində də çəkilmişdir:

  • Marmoulak (Kərtənkələ)

O, bu filmdəki Reza Marmoulak rolu ilə öz şöhrətinni zirvəsinə çatmışdır. Onun ən məşhur rollarına misal olaraq Məcid Məcidinin Bid-e Majnoon (Söyüd ağacı) filmindəki Yusif rolunu göstərmək olar.

Televiziya karyerası

Parastuyinin televiziya işləri məhdudur:

  • Emam Ali (İmam Əli)
  • Zir-e Tigh (Boyunduruq altında)
  • Mənzil

Zir-e Tigh televiziya serialındakı roluna görə insan tərəfindən heyranlıqla qarşılanmışdır. Buradakı roluna görə Roma TV Proqramları Festivalında Ən Yaxşı Aktyor mükafatına layiq görülmüşdür.[6]

Filmoqrafiyası

Əlavə məlumat İl, Ad (orijinal) ...
İlAd (orijinal)Ad (azərbaycanca)RejissorMükafat
1983Diar-e AsheghanAşıqlər diyarıHəsən Qarbaxş RəvariBeynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Köməkçi Aktyor mükafatı
1984Pishtazan-e FathFəthin öncüləriNasir Məhəmmədpur
1987Sazmane 4Gizli komitəHəsən Cavanbaxş
1988ShekarOvMəcid Cavanmərd
1990Hekayate An Marde KhoshbakhtXoşbəxt şəxsin macəralarıRza Heydərnejat
1991MaarİlanMəcid Cavanmərd
1992İmam Əli (TV serialı)İmam AliDavud Mirbağiri
1995Adam BarfiQar adamDavud Mirbağiri
1996Leily Ba Man AstLeyla mənimlədirKamal TəbriziBeynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
Ava-ye Fakhteh (TV serialı)Quqqultunun səsiBəhmən Zərin
1997Zir-e Chatr-e Khorshid (TV serialı)Günəş çətiri altındaBəhmən Zərrinpur
Mehr-e MadariSevgili anaKamal Tabrizi
RavaniAxmaqDaryuş Fərhəng
Ajanse ShisheiŞüşə agentliyiİbrahim HatemikiyaBeynəlxalq Fəcr Film Festivalında Kristal Simurq mükafatı
Film Mərkəzinin Ən Yaxşı Aktyor mükafatı
Beynəlxalq Etnoloji Film festivalında Ən Yaxşı Aktyor mükafatı
Moqavemat Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
Ən Yaxşı Aktyorluğa görə Hafiz mükafatı
Marde AvaziDəyişmiş adamMəhəmməd Rza Hünərmənd
1999Rooban-e Ghermez]]Qırmızı lentİbrahim Hatemikiya
ShookhiZarafatHümayun Əsədiyan
2000Eshgh-e Shisheh-yiŞüşə sevgiRza Heydərnejad
Moomiayi 3Mumiya IIIMəhəmməd Rza Hünərmənd
2001Moje MordehÖlü dalğaİbrahim Hatemikiya
Ab va AtashSu və odFirudin Ceyrani
Khak-e Sorkh (TV series)Qırmızı ürəkİbrahim Hatemikiya
2002Azizam Man Kook NistamMən havalı deyiləmMəhəmməd Rza HünərməndƏn Yaxşı Aktyorluğa görə Hafiz mükafatı
Divanei Az Ghafas ParidQu quşunun yuvasından bir uçuşƏhmədrza Mütəmadi
2003Banooye ManMənim xanımımYadullah Səmədi
2004DuelDuelƏhməd Rza Dərviş
MarmoulakKərtənkələKamal TəbriziSeatl Beynəlxalq Film Festivalında Xüsusi Münsif Mükafatı
Fəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif Heyətinin Ən Yaxşı Aktyoru
Film Mərkəzinin Ən Yaxşı Aktyor mükafatı
2005Border CaféTranzit kafeKambuziya PartoviFəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif mükafatı
Beed-e MajnoonSöyüd ağacıMəcid MəcidiFəcr Beynəlxalq Film Festivalı
2006Be Name PedarAtanın adı iləİbrahim HatEmikiYaFəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı
Zire Tigh (TV serialı)Boyunduruq altındaMəhəmməd Rza HünərməndRoma Televiziya Proqramları Festivalında Ən yaxşı Aktyor mükafatı
FansAzarkeşlərMəhəmməd RəhmanyanTeatr Tənqidçiləri Cəmiyyəti tərəfindən Ən yaxşı Aktyor mükafatı
2007Padashe SokootSəssizliyin mükafatıMaziyar Miri
Sad Sal Be In Sal-haMiss İranSaman Müqəddəm
2008Ketabe Ghanoon Qanun kitabıMaziyar Miri
2008BistOn ikiƏbdülrza Kahani]Batumi Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
2010Sizdah 59On üç 59Saman Salur
2010KhersAyıXosro Məsumi
2011Man-o ZbiaZiba və mənFirudin CeyraniKanadadakı İran Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
2013Mehman DarimBiz qonaqlarMəhəmməd Mehdi Əsgərpur
2014EmroozBu günRza MirkərimiRabat Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatına namizəd göstərilmişdir
San-Fransiskodakı İran Filmləri Festivalında Ən Yaxşı Aktyor mükafatı
Caypur Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor Mükafatı
2014Bidari Baraye Se RoozÜç günlüyünə oyanmaqMəsud Amini
2014BofalouBuffaloKaveh Səyyadi
2015DouİkiSüheyla Gülüstani
2015BadigardCan güdənİbrahim HatemikiyaFəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı
Bağla

Musiqiçi fəaliyyəti

Bütün bu fəaliyyətləri ilə yanaşı Pərviz Parastuyi eyni zamanda həm də müğənnidir. Bu zamana qədər onun 3 albomu çıxmışdır. Albomları bunlardır:

  • Ata (2006)
  • Mən Pərviz Parastuyiyəm (2013)
  • Mən bir aktyoram (2014)

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.