From Wikipedia, the free encyclopedia
Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993).
Pənah Hüseyn | |
---|---|
Vəzifədədir | |
8 oktyabr 2012-ci ildən | |
Əvvəlki | Qiyas Sadıqov |
4 aprel 1999 – 2003 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Qiyas Sadıqov |
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 63 saylı Sabirabad birinci |
28 aprel, 1993[1] – 30 iyun, 1993[2] | |
Əvvəlki | Əli Məsimov |
Sonrakı | Surət Hüseynov |
20 may 1992[3] – 28 aprel 1993 | |
Əvvəlki | Midhət Abasov |
Sonrakı | Əli Kərimov[4] |
Yanvar 1992 – 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Fərəc Quliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 oktyabr 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tarixçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.
1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir.[1] 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.
2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olmuşdur.
Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olmuş, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında partiya sədri seçilmişdir. 2003-cü ildə həbs edildikdən sonra partiya sədri vəzifəsini Qiyas Sadıqov icra etməyə başlamışdır. O, 2005-ci ilin may ayında Azərbaycan Xalq Partiyası Siyasi Şurasından və rəhbər orqanlarından istefa vermiş və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam etmişdir.[5]
Pənah Hüseyn 8 oktyabr 2012-ci il tarixli Azərbaycan Xalq Partiyası II Qurultayında partiyanın sədri seçilmişdir.[6]
Pənah Hüseyn 97 qurultay iştirakçısının 59-nun iştirakı ilə keçirilən 25 iyul 2015-ci il tarixli Azərbaycan Xalq Partiyası III Qurultayında 59 səs alaraq partiyanın sədri seçilmişdir.[7]
Pənah Hüseyn 11 dekabr 2022-ci il tarixli Azərbaycan Xalq Partiyası V Qurultayında yekdilliklə partiyanın sədri seçilmişdir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.