Osmancık — Türk ədəbiyyatında Osmanlı dövlətinin yaranma tarixindən bəhs edən roman.
Osmancık | |
---|---|
Müəllif | Tarık Buğra |
Janr | Roman |
Mövzu | tarixi roman |
Yazıldığı il | 1983 |
Nəşr | 1995 |
Səhifə | 371 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarık Buğra Cümhuriyyət dövrü türk ədəbiyyatı yazıçılarındandır. Hekayə, roman, xatirə janrlarında əsərlər yazmışdır. Osmancık romanı 1983-cü ildə Tarık Buğra tərəfində qələmə alınmış Osmanlı dövlətinin yaranma tarixindən bəhs edən tarixi romandır.
Roman ölüm döşəyində olan Osman Qazinin Bursanın fəthi xəbərini gözləməsi ilə başlayır, Osman Bəyin uşaqlıq və gənclik illərinə səyahəti başlayır.[1]
Osmancık atası Ərtoğrul Qazinin bəy olduğu dövrdə həyəcanlı, dəli-dolu və ipə-sapa sığmaz cəsur bir igid idi. Ancaq heç kim onun atasını əvəz edə biləcəyini düşünmürdü. Kayı tayfasında hər kəs tərəfindən hörmət edilən Şeyx Eda Balı aqressiv davranışlarına görə Osmancığa xəbərdarlıq edir. Osmancık həm də Eda Balinin qızı Malhun Hatunu sevir. Şeyx Eda Balı bu davranışlarına görə Osmancığın qızı ilə evlənməsinə icazə vermir. Müdrik insan Eda Balı Osmancığa səbirli, təmkinli olmağa, qılıncını öz mənfəti üçün deyil, xalqı üçün qaldırmağı öyrədir. Malhun xatuna olan sevgisi də onun bu mənəvi dəyişikliyində Osmana kömək edir. Osmancık qocalan atası Ərtoğrul Bəyin yerinə keçir. Eda Bali onun Osman bəyə çevrildiyini görəndə qızı ilə evlənməsinə icazə verir. Osman Qazi Şeyx Eda Balinin nəsihətini dinləyərək Kayı tayfasını bir dam altında toplayır. Bizanslılara qarşı bir çox müharibələrdə qalib gəlir. O, fəth etdiyi yerlərlə Osmanlı dövlətinin əsasını qoyur. Osman Qazi xəstələnəndə yerini oğlu Orxan bəyə buraxır. Orxan bəy atasının yolundan gedərək fəthlərini davam etdirir. Osman Qazi isə Bursanın fəth edilməsi xəbərini eşidəndə gözlərini əbədi yumur. Osmancık: Romanın baş qəhrəmanıdır. Başlanğıcda Osmancık, sonra Osman Bəy və Osman Qazi Xan kimi qarşımıza çıxır. Kitab Osmancığın özünüdərk və kamilləşməsi nəticəsində Osman Bəyə çevrilməsinə əsaslanır. Bu kamilləşmənin səbəbi kimi onun Malhun Hatuna duyduğu sevgi göstərilirdi. Əslində milli kimlik axtarışı Osmancığın kamilləşərək Osmancıkdan Osman Xana çevrilməsi ilə nəticələnir.
Şeyh Ede Bali: Ərtoğrul Qazinin "soyumuzun nuru" adlandırdığı Ede Balı, öz təkəsində yetişdirdiyi dərvişləri, insanlarla olan dialoqları ilə seçilən müdrik bir insandır. Osmancığın kamilləşmə dövründə xüsusi rola malik qəhrəmanlarından biri və Malhun Xatunun atası Osman Qazinin qayınatasıdır.
Ərtoğrul Bəy Qazi: Osmancığın atasıdır. O, yetkin və müdrik bir insan kimi qarşısına çıxır.
Malhun Osmancığın mənəvi təkamül keçirərək kamilləşməsində xüsusi rolu vardır. Osmancık onu Zümrüdü Anka olaraq adlandırır.[2] Roman 1988-ci ildə TRT 1 kanalının dəstəyi ilə "Kuruluş Osmancık" adı ilə səhnələşdirilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.