Orta Sibir yaylası
From Wikipedia, the free encyclopedia
Orta Sibir yaylası (saxa Орто Сибиир хаптал хайалаах сирэ) — Şərqi Sibir ərazisində, Rusiyanın şərq hissəsidə, Sibir platforması üzərində yerləşən yayla. İnzibati baxımından Saxa, Krasnoyarsk diyarı və İrkutsk vilayəti ərazisinə daxildir.
Orta Sibir yaylası | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1800 m |
Uzunluğu | 2000 km |
Eni | 2000 km |
Sahəsi | 3500000 km² |
Hündür nöqtəsi | Kamen dağı |
Yerləşməsi | |
68° şm. e. 95° ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cənubda Şərqi Sayan, Pribaikal və Zabaykal silsilələri, qərbdə Yenisey vadisi, şimalda Şimali Sibir ovalığı, şərqdə Lena vadisi ilə məhdudlaşır.
Relyef
Mərkəzi Sibir yaylası geniş yaylalar və silsilələrin növbələşməsi ilə xarakterizə olunur. Ərazinin ən yüksək ərazilərinə Putorana alçaq dağlığı (Kamen dağı - dəniz səviyyəsindən 1701 m yüksəklikdə yerləşir) daxildir. Yaylanın qərb kənarında dəniz səviyyəsindən orta hündürlüyü 900 m olan Yenisey silsiləsinin güclü dağılmış yüksəklikləri keçir. 700–1000 m yüksəkliklərdə olan Orta Anqara silsiləsi aydın şəkildə fərqlənir. Aşağı Tunqus, Anqara və Vilyuynin su ayrıcıları 400–600 m yüksəkliyə sahibdir. Burada qədim lakkolitlərin yerində alçaq silsilələr və qübbəli səthlər xarakterikdir. Düzənliklərin şimal-qərbində buzlaqların fəaliyyət izləri var. Şimal-şərqdə yerləşən Lena-Vilyuy ovalığının (Orta Yakutiya) mütləq yüksəkliyi 100 ilə 200 m, ətrafındakı yerlər isə 400 m-ə qədər yüksəlir[2].
İqlim
Yaylanın əsas iqlim xüsusiyyətləri Şimali Asiyanın orta hissəsindəki coğrafi mövqeyi, isti dənizlərdən uzaqlığı və Şimal Buzlu okeanının təsiri ilə müəyyən edilir. Yayladakı iqlim kəskin kontinentaldır, isti və soyuq mövsümlərin böyük temperatur amplitudları mövsümlər arasında çox qeyri-bərabər paylanır.
Yanvar ayında cənub və cənub-qərbdə orta temperatur -22 °C, şimalda -44 °C, iyul ayının orta temperaturuna gəldikdə isə cənubda + 25 °C, şimalda + 12 °C-dir. Orta Sibir yaylası üçün şərq əyalətlərində iqlim kontinentallığının əhəmiyyətli dərəcədə artması ilə xarakterizə olunur. Yakutiyada mütləq temperaturun amplitudları 100°-ə çatır. Ən isti və ən soyuq ayların orta temperaturlarında fərq 55-65°-dir. Ən şiddətli qışlar Vilyuy platosundadır. Burada minimum temperatur tez-tez 60 °C-dən aşağı olur. yayla ərazisində yağıntının miqdarı qeyri bərabər paylanmışdır - cənubda ildə orta hesabla 250–300 mm, şimalda ildə 400–500 mm (ən çox yağıntı Putorana alçaq dağlığına düşür - ildə 700–800 mm)[3]. Yağıntının çox hissəsi yayın ikinci yarısına düşür: tez-tez iyul və avqust aylarında bütün uzun soyuq dövrlə müqayisədə 2-3 dəfə çox yağıntı düşür. Fərqli illər ərzində yağışların güclü dalğalanması da xarakterikdir. Dudinkada quru bir ildə yalnız 125 mm, yağışlı bir ildə isə 350 mm-ə qədər; Krasnoyarskda illik yağıntının miqdarı 127 ilə 475 mm arasında dəyişir[4].
Faydalı qazıntılar
Yaylanın ərazisində almaz, nikel, mis, dəmir və alüminium filizləri, kömür, qrafit, daş duzu, neft və təbii qaz yataqları var.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.