From Wikipedia, the free encyclopedia
Optika mühəndisliyi və ya optotexnika — işığın yaranması, ötürülməsi, manipulyasiyası, aşkarlanması və istifadəsi ilə əlaqəli fiziki hadisələri və texnologiyaları əhatə edən mühəndislik sahəsi.[2] Optika mühəndisləri müxtəlif problemləri çözmək və işığı məqsədli şəkildə yönləndirən cihazları layihələndirmək və yaratmaq üçün optika elmini tətbiq edirlər.[3] Onlar linzalar, mikroskoplar, teleskoplar, lazerlər, detektorlar, lifli optik rabitə və optik disk sistemləri (məsələn, CD, DVD) kimi işığın xassələrinə əsaslanan optik cihazları layihələndirir və idarə edirlər.[4]
Optika mühəndisləri lazerli spekl-interferometr kimi cihazlarla mikrorəqsləri, refraktometrik cihazlarla maddələrin xassələrini və s. ölçmək üçün optik üsullardan istifadə edirlər.[5]
Nanoölçmə və nanopozisiya maşınları optika mühəndisləri tərəfindən layihələndirilmiş cihazlardır. Bu maşınlar nanometr dəqiqliyinə malikdir və buna görə də bu miqyaslı məhsulların istehsalında istifadə olunurlar.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.