Onayaqlılar
From Wikipedia, the free encyclopedia
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi.
Onayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Pancrustacea Yarımtip: Sinifüstü: Multicrustacea Sinif: Yarımsinif: Eumalacostraca Dəstəüstü: Eucarida Dəstə: Onayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka , 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur. Azərbaycanın şirin sularında 2 növ çay xərçəngi, bir növ şirinsu yenkəcinə təsadüf olunur. Heyvani və bitki mənşəli yemlərlə qidalanır. Balıqlar və pərayaqlıların qidasıdır.
Krevetlər (Palaemon elegans, P.adspersus) Xəzər dənizində 1930-cu ildə Azov dənizindən kefal balıqları ilə birlikdə təsadüfi olaraq gətirilmişdir. 1958-ci ildə Volqa-Don kanalı ilə Azov dənizindən Xəzərə gəmilərin ballas suları ilə özbəşına olaraq Hollandiya yengəci (Rhithropanopeus harrisii tridentatus) gəlmişdir. Bəzi balıqların (nərəkimilər, çəki, külmə, xullar) qidasında yengəcə rast gəlinir.
Azərbaycanın şirin sularında Pontastacus cinsinin 2 növü yayılmışdır.