Okunoşima Zəhərli Qazlar Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Okunoşima Zəhərli Qazlar Muzeyi (大久野島毒ガス資料館, Okunoşima Dokuqasu Şiryokan?) – Yaponiyanın Hiroşima prefekturasının Takehara şəhərinə daxil olan Okunoşima adasında yerləşən və zəhərli qazlara həsr olunmuş muzey.
Okunoşima Zəhərli Qazlar Muzeyi | |
---|---|
大久野島毒ガス資料館 | |
Əsası qoyulub | 1988 |
Açılış tarixi | aprel 1988 |
Mövzu | zəhərli qaz[d] |
Ölkə | |
Yerləşir | Takehara[d] |
34°18′21″ şm. e. 132°59′38″ ş. u.HGYO | |
takeharakankou.jp/spot/4… | |
Vikianbarda əlaqəli mediafayllar |
Okunoşima adası 1929–1945-ci illərdə Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunmuşdur. Bu səbəbdən Okunoşima "zəhərli qazlar adası" ləqəbi ilə tanınır.[1] Muzey 1988-ci ilin aprelində sülh aktivistlərinin və zəhərli qaz qurbanlarının təşəbbüsü ilə açılmışdır. Muzeyin ilk direktoru Hatsuiçi Murakami 1940-cı ildə 14 yaşında ikən Okunoşimadakı zəhərli qazlar fabrikində işləmiş, müharibədən sonra "Zəhərli qazlar adası və oğlan" kitabını yazmışdır.[2]
Muzey kolleksiyasına 600-dən çox əşya daxildir.[2] Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir. Muzeydə çəkiliş aparmaq üçün icazə tələb olunur.[1]
Muzeyin birinci otağı Yaponiya İmperator ordusunun Okunoşimadakı gizli zəhərli qazlar proqramına həsr olunmuşdur. Sərgi zəhərli qaz zavodundakı təhlükəli iş şəraiti və zəhərli qazların insan bədəni üzərindəki təsiri haqqında məlumat verir. Burada dəftərlər və təlimat kitabçıları kimi işçilərə aid olmuş sənədlər nümayiş etdirilir.[3]
Muzeyin ikinci otağı sinif kimi təşkil olunmuşdur. Buradakı plakatlar və fotolar zəhərli qazların ağciyər, göz, dəri və ürəyə təsirini göstərir. Zəhərli qazların zərərli təsirini göstərmək üçün İran və İraqdakı zəhərli qaz qurbanlarının fotoları da asılmışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.