Odlu cəng arabaları (film, 1981)
From Wikipedia, the free encyclopedia
"Odlu cəng arabaları" (ing. Chariots of Fire) — rejissor Hyu Hadson tərəfindən 1981-ci ildə çəkilmiş Britaniya tarixi dramı. Bu film Parisdə keçirilmiş 1924 Yay Olimpiya Oyunlarında iştirak etmiş iki idmançının: tanrı yolunda çalışan dindar şotland sprinteri Erik Liddel, digəri isə İngiltərə yəhudisi Harold Abrahams haqqındadır. Bu film Kann kinofestivalında (1981) 2 mükafat, 4 nominasiyada Oskar mükafatı (Ən yaxşı film, 1982), 3 BAFTA mükafatı (1982) və digər mükafatlar qazanmışdır. Film, həmçinin məşhur yunan bəstəkarı Vangelisin sonradan dünya hit-paradında birinci yerləri bölüşəcək instrumental musiqisi ilə də yaddaşlarda qalmışdır.
Odlu cəng arabaları | |
---|---|
Chariots of Fire | |
![]() | |
Janr |
Tarixi film dram |
Rejissor | Hyu Hadson |
Prodüserlər |
Devid Puttnem Ceyms Krouford Dodi Fayed |
Ssenari müəllifi | Kolin Uelland |
Baş rolda | Ben Kross |
Operator | Devid Uotkin |
Bəstəkar | Vangelis |
Montajçı | Terri Roulinqs[d] |
İstehsalçı | Allied Stars |
Distribütor | MOKEP[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 30 mart 1981[1], 7 may 1982[1], 26 sentyabr 1981[1], 31 mart 1981[1], 15 may 1981[1], 9 aprel 1982[1], 1981 |
Müddət | 123 dəq. |
Büdcə | 5.500.000 $ |
Gəlir | 59.303.359 $[2], 58.972.904 $[2] |
Ölkələr |
![]() |
Dil | İngilis dili |
İl | 1981 |
Rəng | rəngli |
Çəkiliş yeri | Edinburq |
IMDb | ID0082158 |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
Filmin başlığı ingilis şairi Uilyam Bleykin "Yerusəlim" himnindəki "Mənə odlu cəng arabalarını gətirin" sətrindən ilhamlanaraq verilmişdir.[3] Həmin himni filmin sonlarında eşidə bilərik. Həqiqətdə isə "odlu cəng arabaları" ifadəsi İncilin Çarlıqların dördüncü kitabından (2:11 və 6:17) götürülmüşdür.