From Wikipedia, the free encyclopedia
Nürnberq prosesi — III Reyxin rəhbərləri üzərində baş verən beynəlxalq məhkəmə prosesi.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nürnberq prosesi, İkinci Dünya Müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir. Bu məhkəmələr, İkinci Dünya Müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə Nasist rejiminin şok edici vəhşətlərinə bir reaksiya olaraq qurulmuşlardır. Hərbi məhkəmələr ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olumuşdu və mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop var idi. Bu insanlar ve nasist liderləri dört cinayətlə ittiham olunurdular: 1)Sülhə qarşı sui-qəsd 2)Sülhə qarşı cinayətlər 3)Müharibə cinayətləri 4) İnsanlığa qarşı cinayətlər Ən məşhur olan birinci məhkmədə en yuxarı pillədəki 22 nasist lider mühakimə olundu; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası aldı, 3 nəfər isə sərbəst buraxıldı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu.
Hər dörd ölkə tərəfindən bir baş hakim, alternativ hakim və prokuror təmin edilmişdir. Məhkəmənin hakimləri:
-Geoffrey Lawrence (Böyük Britaniya baş hakimi və məhkəmə sədri) — Norman Birkett (Böyük Britaniya alternativ hakimi) — Francis Biddle (ABŞ baş hakimi) — John Parker (ABŞ alternativ hakimi) — Henri Donnedieu de Vabres (Fransız baş hakim) — Robert Falco (Fransız alternativ hakim) — Iona Nikitchenko (SSRİ hakimi) — Alexander Volchkov (SSRİ alternativ hakimi)
Verilən iddianamə:
1. Sülhə qarşı işlənən cinayətə və ya sui-qəsddə ortaq olmaq 2. Sülhə qarşı döyüş icra, təcavüzkarlıq və digər cinayətləri başlamaq və planlamaq 3. Müharibə cinayətləri 4. İnsanlığa qarşı cinayətlər
Günahlandırılıb bəraət qazanan (I), günahkar olan (G), ittiham olunmayan (O)
Adı | Günahlandırmalar | Cəzası | Qeydlər |
---|---|---|---|
1 2 3 4 | |||
Martin Bormann | I O G G | Ölüm | Nasional Sosialist Alman Fəhlə Partiyası katibi olaraq Hessin xələfi. Qiyabi ölümə məhkum edildi. Intiharından sonra qalıqları 1972-ci ildə tapdı |
Karl Dönitz | I G G O | 10 il | Kriegsmarinein 1943-cü ilə qədər ki lideridir. Hitlerin ölümündən sonra Almaniyanın dövlət başçısı oldu. 1936-cı ildəki London Dəniz Razılaşmasını pozuntu etməkdən günahkar hesab edildi. |
Hans Frank | I O G G | Ölüm | 1933–1945-ci illər arası Nasist Almaniyasının hüquq lideri oldu. 1939–1945-ci illər arasında işğal edilən Polşada general və qubernator oldu. |
Wilfelm Frick | I G G G | Ölüm | 1933–1945-ci illər arası Nasist Almaniyasında Daxili İşlər Naziri olub. |
Hans Fritzsche | I I I O | Bəraət | Populyar radio şərhçisi və Nasist Almaniyası zamanı Propoqanda Nazirliyinin xəbər hissəsi sədri idi. Hitlerin və Joseph Goebbelsin intiharından sonra təslim olmuşdur. |
Walther Funk | I G G G | Ömürlük həbs | Hitlerin İqtisadiyyat Naziri olmuşdur. Reichsbank-ın sədri olmuşdur. 16 may 1957-ci ildə səhhətində problemlər olduğu üçün azadlığa buraxıldı. 31 may 1960-cı ildə vəfat etdi. |
Hermann Göring | G G G G | Ölüm | Reichsmarschall, 1935–1945-ci illər arası Luftwaffe komandiri, müharibənin son illərində Nasist iyerarxiyasında Hitlerdən sonra ikinci adam idi. Onun xələfi idi. Edam edilməsinə az vaxt qalmış zamanda zəhər içərək intihar etmişdir. |
Rudolf Hess | G G I I | Ömürlük həbs | Hitlerin vəkili. 1941-ci ildə İngiltərə ilə sülh görüşmələri etmək üçün təyyarəsi ilə İsveçrəyə getdi və həbs olundu. Ölənə qədər Spandau Həbsxanasında saxlanıldı. |
Alfred Jodl | G G G G | Ölüm | 1938–1945-ci illə arası OKW şefi olmuşdur. Edamından sonra 1953-cü ildə Alman məhkəməsi tərəfindən haqlı çıxarıldı. |
Ernst Kaltenbrunner | I O G G | Ölüm | 1943–1945-ci illər arasında RSHA-nın sədri oldu. Einsatzgruppen və toplama düşərgələrindəki bir çox ölüm əmrini verdi. |
Wilhelm Keitel | G G G G | Ölüm | Adolf Hitlerin ən sadiq və güvənli köməkçilərindən biri. 1938–1945 |
Gustav Krupp von Bohlen und Halbach | I I I I | Sağlamlığındakı problemlərə görə iddiası qaldırıldı | Böyük Nazi sənayeçisi idi. Krupp şirkətlərinin 1912–1945-ci illərindəki idarəçisi idi. Sağlamlığı məhkəmə araşdırmasına uyğun deyildi. 16 yanvar 1950-ci ildə vəfat etdi. |
Robert Ley | I I I I | Məhkəmə qərarı bildirməmişdən qabaq intihar edib | Alman Əmək Cəbhəsinin sədri olub. 25 oktyabr 1945-ci ildə ittiham olunmasından qabaq intihar edərək özünü öldürüb |
Baron Konstantin von Neurath | G G G G | 15 il | 1932–1938-ci illər arası Xarici İşlər Naziri işləmiş. 1938-ci ildə vəzifəsini Ribbentropa təhvil verdi. Daha sonra Bohemia və Moraviada qubernator işləmişdir (1939–1943). Hitler ilə anlaşılmamazlıq səbəbi ilə istefa etmişdir. Azadlığa çıxdıqdan sonra 6 noyabr 1954-cü ildə vəfat etmişdir. |
Franz von Papen | I I O O | Bəraət | 1932-ci ildə Almaniya kansleri işləmiş. 1935–1938-ci illər arası Avstriyada səfir işləmiş və 1939–1944-cü illər arası Türkiyədə səfir işləmiş . Nürnberq məhkəməsindən bəraət almasına baxmayaraq von Papen Alman de-naziləşdirmə məhkəməsi tərəfindən 1947-ci ildə müharibə cinayətkarı olaraq cəzalandırıldı və 8 il ağır işlərə məhkum edildi. 2 il xidmət etdikdən sonra əhv edildi. |
Erich Raeder | G G G O | Ömürlük həbs | 1928-ci ildən 1943-cü ilə kimi Kriegsmarine-də komandir işləmiş. |
Joachim von Ribbentrop | G G G G | Ölüm | 1936–1938-ci illər arası Böyük Britaniyada səfir işləmiş. 1938–1945-ci illər arası Almaniya Xarici İşlər Naziri işləmişdir. |
Alfred Rosenberg | G G G G | Ölüm | İrq nəzəriyyəsi ideoloqu. Sonradan işğal edilən şərq bölgəsi sədri.(1941–1945) |
Fritz Sauckel | I I G G | Ölüm | 1942–1945-ci illər arası Nazi kölə işçi proqramının səlahiyyətlisi idi |
Dr. Hjalmar Schacht | I I O O | Bəraət | Tanınmış bankir və iqtisadçı. 1934–1937-ci illər arası İqtisadiyyat Naziri. |
Baldur von Schirach | I O O G | 20 il | 1933–1940-cı illər arası Hitler Gəncliyi lideri idi. Məhkəmədə peşman
lığını bildirmişdi. |
Arthur Seyss-Inquart | I G G G | Ölüm | 1938-ci ildə Avstriya konsleri 1939–1940-cı iilər arası Polşada Frankın köməkçisi işləyib. Daha sonra 1940–1945-ci illərdə işğal altında olan Hollandiyada Reich Komisarı işləyib. Məhkəmədə peşman
olduğunu bildirmişdir. |
Albert Speer | I I G G | 20 il | Hitlerin sevimli memarı və dostu. 1942-ci ildən etibarən Silahlanma Naziri işləmiş. Silahların istehsalında işğal olunmuş ərazilərdə kölə işçilərin istifadəsindən cavabdeh idi. Məhkəmədə peşman
lığını bildirmişdi. |
Julius Streicher | I O O G | Ölüm | 1922–1940-cı illər arası həftəlik qəzet Der Stürmer-in nəşiriyyatçısı idi. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.