From Wikipedia, the free encyclopedia
Nizip müharibəsi — Osmanlı İmperiyası ilə Misir valisi Kavalalı Mehmet Əli Paşa arasında Nizipdə baş verən müharibə (29 iyun 1839).
Nizip müharibəsi | |||
---|---|---|---|
Tarix | 1839 | ||
Yeri | Nizip | ||
Nəticəsi | Osmanlı İmperiyasının məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İlk münaqişə Misirin Osmanlı dövlətinə ildə ödədiyi 32 min kisəli vergidən çıxdı. Kütahya müqaviləsinə baxmayaraq, Mehmet Əli Paşanın Osmanlı padşahının əmrlərini yerinə yetirməməsi və ən sonda tək tərəfli olaraq istiqlalını elan etdiyinə görə Sultan II Mahmud, 22 yunun 1839-cu ildə bu üsyankar paşanın yola gətirilməsi üçün Rusiya və İngiltərənin dəstəyini aldıqdan sonra Misirə müharibə elan etdi. Osmanlı qüvvələrinin başına Hafiz Mehmet Paşa gətirildi. Hərəkətə keçən Hafiz Mehmet Paşa, May 1839 sonlamda Birləşməsi tullanaraq Nizip çayı ilə bu çaya qarışan Orul Suyu kənarında düşərgə qurdu. Osmanlı ordusu 30 min piyada, 5 min süvari və 3 min artilleriyadan ibarət idi. İbrahim Paşanın ordusu isə təxminən 40 min nəfərə qədər idi. Hər iki ordu da 160-a qədər top vardı. 21 iyunda Hələbdən yola çıxan ibrahim Paşa iki qoldan Birecik istiqamətində yürüşə başladı. İki gün sonra da Osmanlı qüvvələri ilə rastlaşdı. Osmanlı ordusunda başda Moltke olmaq üzrə Prussiyalı zabitlər də vardı. Prussiyalı qərargah zabitləri ilk olaraq Osmanlı ordusunun Misir ordusuna hücum edərlərsə misirliləri məğlub edəcəyi təklif etdilərsə də üləma cümə günü müharibə yaratmaq olmaz deyərək bir fürsətin qaçmasına səbəb oldu. Bütün imkanların qaçmasından sonra Misir ordusu hücuma keçdi (29 iyun 1839) və Osmanlı ordusunu cinahlardan əhatə edəcək şəkildə mühasirəyə aldı. Moltke, Hafiz Paşaya Birecikə çəkilib mühasirədən xilas olmasını təklif etdisə də Hafiz Paşa bunu bir şərəf məsələsi olduğunu bildirib olduğu yerdən ayrılmadı. Osmanlı ordusuna yanlardan başlanılan hücum, Xalid Paşa, Polkovnik İbrahim Bəy öz qitələrinin; Hafiz Paşa da Hassa alayımn başında olaraq döyüşdə geri otudrduldu. Dörd saat ərzində Osmanlı ordusu darmadağın oldu. Döyüş meydanında minlərlə ölü, on minlərlə əsir və 160 top buraxıldı. Döyüşdə Misir süvari qoşunlarının təzyiqi altında Osmanlı qoşunları əzildi və Hafiz Paşa çəkilmə əmrini vermək məcburiyyətində qaldı. Keç verilən bu əmr, ordu sıralarının dağılmasına və Misir qüvvələrinin qalibiyyətinə şərait yaratdı. Hafiz Paşa bu vəziyyətdə xilas etdiyi qüvvələri Malatya çəkildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.