From Wikipedia, the free encyclopedia
Nişirokuqo parkı (西六郷公園, Nişirokuqo koen?) – Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı (タイヤ公園, Tayya koen?) kimi tanınır.[1]
Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir.[1] Sahəsi təxminən 3700 m2 təşkil edir.[1]
Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır.[1] Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur.[1] Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir.[1] Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur.[1] Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir.[1]
Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir.[1] Ziyarətçilər xizək əvəzinə şinə minərək təpədən sürüşürlər.[1] Parkı uşaqlarla yanaşı, böyüklər də tez-tez ziyarət edir.[1]
2006-cı ildə Yaponiyada çəkilmiş "Yumşaq həyat" filminin bir səhnəsi bu parkda baş verir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.