From Wikipedia, the free encyclopedia
Nil Armstronq (5 avqust 1930[4][5][…] – 25 avqust 2012[5][6][…], Sinsinnati, Ohayo[7][8]) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti.
Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir.
Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər
Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur. O, ilk dəfə Aya ayaq basmış insandır (21 iyul, 1969-cu il). Armstronq, ümumiyyətlə, Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur. "Apollon-11" gəmisinin heyəti iyulun 24-də Yerə qayıtmışdır.
Armstronq NASA-nın "Müstəsna xidmətlərə görə" qızıl medalı, ABŞ Konqresinin aeronavtika üzrə Fəxri medalı, bir çox ölkənin ordenləri ilə təltif edilmişdir. Aydakı kraterlərdən birinə Armstronqun adı verilmişdir.
Uzun müddət o aterosklerozdan əziyyət çeken Nil Armstronq 25 avqust 2012-ci ildə vəfat etmişdir.[9] Beləbir məlumat deyilir ki, Neil amstronqun adını tərs çevirərkən "Alien" yəni yadplanetli sözü yaranır:Neil. A — Alien
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.