Neptun (mifologiya)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Neptun.
Neptun (lat. Neptunus) — Qədim Roma mifologiyasında dəniz və sel tanrısı. Ən qədim Roma tanrılarından biri sayılır. Sonralar yunan tanrısı Poseydon ilə eyniləşdirilmişdir. Saturnun və Opanın oğlu, Yupiterin, Plutonun, Sereranın, Yunonanın və Vestanın qardaşıdır. Tanrıça Salasiya (Fetida, Amfitrita) Neptunun arvadı idi.
Cəld faktlar Mifologiya, Cinsi ...
Neptun | |
---|---|
Mifologiya | Qədim Roma mifologiyası, Qədim Romada din |
Cinsi | kişi[d] |
Qardaşı və bacısı | Pluton, Yupiter, Serera, Yunona |
Arvadı | |
Digər mədəniyyətlərdə | Poseydon, Axto[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
23 iyulda qeyd olunan Neptunalilər bayramı Neptunun adı ilə bağlı idi. Bayram quraqlığın qarşısının alınması məqsədilə təşkil olunurdu. Bu bayram zamanı yarpaqlardan komalar tikilirdi.