Neptun əməliyyatı
From Wikipedia, the free encyclopedia
Neptun əməliyyatı (ingl. Operation Neptune) - 6 iyun 1944-cü ildə İkinci Dünya müharibəsi ərəfələrində Böyük Britaniya, ABŞ, Kanada və onların müttəfiqləri tərəfindən Almaniyaya qarşı keçirilən dəniz desant əməliyyatıdır[1].
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Neptun əməliyyatı | |
---|---|
Tarix | 6 iyun 1944 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Şimal-qərb Fransasını ələ keçirmək üçün keçirilən <<Overlord>> əməliyyatının bir hissəsi idi. Müttəfiqçilərin Avropaya soxulması 6 iyun 1944 ildə (D günü) 156 000 əsgərin Normandiya sahillərinə buraxılması ilə başladı və 2 əsas hissəyə bölündü. Birinci hissə hava-desant quvvələrinin: 24 000 britan, amerikan, kanada və fransız paraşutistlərinin gecəyarısından sonra keçirəcəkləri əməliyyatdan ibarət idi. İkinci hissə isə dəniz-desant əməliyyatindan ibarət idi, səhər 6:30-da başlayan əməliyyat <<Qimler>> və <<Taksbal>> kod altında həmdə desinfarmasiya əməliyyatı idi, bu əməliyyatın məqsədi almanları hazırkı soxulma istiqamətindən yayındırmaq idi.[2]
Dəniz pexotasının buraxılması sahilin 80 km sahəsində aparılırdı, həmin sahə 5 əsas soxulma hissəsinə bölünmüşdü: <<Yuta>>,<<Omaxa>>,<<Qold>>,<<Djuno>> və <<Qılınc>>.Hərbi hissələrin fransız sahillərinə soxulmaları fərqli dərəcəli nailiyyətlərlə baş verirdi. Əksər səngərlərdə müttəfiqlərin nailiyyətləri kifayət qədər olsa da, desantın isə düşman sahillərinə soxulması anından ilk dəqiqələrdən üstünlüyü ələ alıb və səngərlər qurub yerləşsə də, <<Omaxa> > hissəsində vəziyyət kontroldan çıxdı. Almanların nizamlı müqavimətilə qarşılaşan amerikalılar ilk dəqiqələrdən ciddi itki verməyə başladılar və demək olar ki vəziyyəti öz xeyirlərinə çevirmək bacarığını tam itirdilər. Birinci amerikan ordusunun komandanı general Omar Bredli elə bir dərəcəyə çatmışdı ki, ordunun daha irəli gedişini ləğv etsin və geri çağırsın. Elə başlanğıcdan <Neptun> əməliyyatının nailiyyəti təhlükə altında qalmışdı. Amma, desant ordusu almanların sahildəki qoruma mövqelərini yara bildilər və özlərinə ayrı müqavimət ocaqları yaratdılar.
Almanların dəniz desantlarının Normand sahili boyu yerləşməsinə ümumi müqaviməti çox zəif idi. Bundan əlavə, müttəfiq qoşunlarının havada idarəni əllə almaları, müttəfiqçilərin diversiyon müqavimət aksiyaları və xüsusi təyinatlı qrupun fəaliyyəti nəticəsində, vermaxt qoşunları hələ hücum anında çox böyük çətinlik hiss edirdilər. Nəticədə almanlar bir anlıq ələ düşmüş şansdan belə istifadə edə bilməmişdilər.
<<D günü>>-nün sonuna ingilis və amerikan sektorlarında 5 piyada, 3 hava-desant diviziyzları və tank briqadası buraxıldı. Onlar sahil boyu 3 km-dən 5 km-rə kimi sahəni ələ keçirməyə müvəffəq oldular, amma bütün cəbhədə vəziyyət hələ də dəyişmirdi. Səngərlər yalnız iyunun 7-də düşməndən tam azad olundu. Dəniz desantlarının Normandiya sahillərində buraxılması dəniz desant tarixində ən böyük əməliyyatlardan biridir[3], eyni anda 156 000 hərbçinin 195 700 dənizçilərin dəstəi ilə desantlanması və demək olar ki 7000 hərbi və nəqliyyat gəmilərin cəlb olunması tarixdə hələ də görülməmişdir.[4]