From Wikipedia, the free encyclopedia
Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir.
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | neodim, Nd, 60 | |||||
Qrup, Dövr, Blok | , 6, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 144.242 q/mol | |||||
Elektron formulu | [Xe] 4f4 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 1024 °C (1297 K, 1875 °F) | |||||
Qaynama temperaturu | 3074 °C (3347 K, 5565 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir.
Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir.
Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.
Neodim birləşmələrdə üçvalentlidir. Qızdırıldıqda hidrogen, karbon, azot, fosforla və halogenlərlə reaksiyaya girir:
Adi temperaturda xlorid, nitrat, sulfat turşuları ilə reaksiyaya daxil olur. Alınan duzlar suda həll olur. 180-2000C-dən yuxarı temperaturda havada dərhal oksidləşir. Qaynar su ilə reaksiyaya daxil olur. Hidroksidi Nd(OH)3 əsası xassəlidir, qələvilərdə həll olmur. Nd 3+ kationu qırmızı bənövşəyi rənqdədir.
Neodim, maqnezium və alüminium ərintiləri texnikanın müxtəlif sahələrində işlədilir. Rəngli şüşələrin hazırlanmasında (bənövşəyi neodim şüşəsi), maqnit oyuncağlarının alınmasında istifadə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.