Neftçi PFK
Azərbaycan futbol klubu / From Wikipedia, the free encyclopedia
Neftçi PFK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. Klubun müşahidə şurasının sədri Hafiz Zeynalovdur.
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Neftçi PFK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Neftçi Peşəkar Futbol Klubu | |||
Ölkə | Azərbaycan | |||
Ləqəb(lər) |
"Flaqman" "Ağ-Qaralar" |
|||
Rəng(lər) | ağ-qara | |||
Yaranma tarixi | 18 mart 1937 (87 il əvvəl) (1937-03-18)[1] | |||
Stadionu | Neftçi Arena | |||
Tutumu | 11.000 | |||
Prezidenti | Cenk Sümər | |||
Baş məşqçisi | Roman Qriqorçuk[2] | |||
Kapitanı | Emin Mahmudov | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2023-24 | 5 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Neftçi" klubu "Qarabağ" klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. "Neftçi" 9 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olmuşdur. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokuna sahib olmuşdur; bu Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk kubok olmuşdur.
2012-ci ildə, "Neftçi" UEFA Avropa Liqasının "play-off" mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur.[3][4]