Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop27 fevral 2011[1][2][…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili.

Cəld faktlar Prezident, Əvvəlki ...
Nəcməddin Ərbakan
türk. Necmettin Erbakan
Thumb
bayraq
Türkiyə Respublikasının 33-cü baş naziri
bayraq2
28 iyun 1996 30 iyun 1997
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiMəsud Yılmaz
SonrakıMəsud Yılmaz
Şəxsi məlumatlar
Doğum tarixi 29 oktyabr 1926(1926-10-29)
Doğum yeri
Vəfat tarixi 27 fevral 2011(2011-02-27)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Əfəndi qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, mühəndis, universitet müəllimi[d]
Dini sünni islam

Thumb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Mehmet Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlamışdı. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirmişdi.

Həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirdi. Ərbakan həmin litseyi əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı. Bu yoldaşlarından biri də Süleyman Dəmirəl olmuşdur.

Ərbakan 1948-ci ilin yayında İTU Makina fakültəsini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə – 1 iyunda Makina fakültəsinin "Motorlar" kursunda aspirant kimi işləməyə başlamışdır. 1948–1951-ci illər arasındakı 3 illik aspirantlıq dövründə o vaxtlar doktorluq disertasiyasını əvəz edən bir dissertasiya hazırladı. Kurslarda dərs vermək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq aspirant olduğu halda dərs verməsinə icazə verilmişdir. Dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Aaxen Texniki Universitetində elmi araşdırmalar aparmaq və bilik və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan DVL araşdırma mərkəzində çalışan Prof. Şmit ilə birlikdə müvəffəqiyyətli araşdırmalar apardı.

Aaxen Texniki Universitetində il yarım ərzində biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan alman universitetlərində etibarlı olan "DOKTOR-MÜHƏNDİS: Dr-İng" adını aldı.

Almaniya İqtisadiyyat Nazirliyinin Rur ərazisindəki zavodlarda araşdırma aparan heyətə öz istəyi ilə qoşulmuş və 15 gün Rur ərazisindəki bütün ağır sənaye zavodlarını gəzib araşdırma aparmaq imkanı əldə etmişdir.

2010-cu ildə Səadət Partiyasında partiya sədri şeçimlərindən sonra Numan Kurtulmuşun istefasından sonra Erbakan yenidən partiya sədri şeçilib.[3]

Nəcməddin Ərbakan 2011-ci il fevralın 27-də saat 13.40-da ürək çatışmazlığından vəfat etmişdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.