Naxçıvan tarixi
From Wikipedia, the free encyclopedia
Naxçıvan — Naxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri və Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir.
Şəhər ərazisində ilk arxeoloji tədqiqat işləri Araz arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Strateji cəhətdən əlverişli ərazidə salınan qədim şəhərin qalıqlarının və onun nekropolunun Naxçıvan şəhərinin şimal hissəsində yerləşdiyi ehtimal olunur. Nekropoldakı dağılmış qəbir abidələrindən yüzdən artıq müxtəlif gil qab nümunələri, tunc bilərziklər, üzüklər, sırğalar və muncuqlar əldə edilmişdir.