![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/85/Navagio_Beach.jpg/640px-Navagio_Beach.jpg&w=640&q=50)
Navayo çimərliyi
From Wikipedia, the free encyclopedia
Navayo çimərliyi[1] (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bugünkü, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər[2]. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar[3]. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər. Tutulacaqlarını bildiklərindən gəmini qumluğa otuzduraraq özləri isə qayıqlarla qaçırlar. Gəmi çimərliyin "mirvarisinə" çevrilir. Güçlü fırtına gəmini sahilə çıxarmışdır[4][5]. Bu andan etibarən körfəz Qaçaqmalçılar buxtası adlanır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/45/%CE%9D%CE%B1%CF%85%CE%AC%CE%B3%CE%B9%CE%BF_%CE%96%CE%B1%CE%BA%CF%8D%CE%BD%CE%B8%CE%BF%CF%85.jpg/640px-%CE%9D%CE%B1%CF%85%CE%AC%CE%B3%CE%B9%CE%BF_%CE%96%CE%B1%CE%BA%CF%8D%CE%BD%CE%B8%CE%BF%CF%85.jpg)
Navayo çimərliyi | |
---|---|
el/Ναυάγιο | |
![]() | |
Ümumi məlumatlar | |
Tip | daşlı/qumlu |
Sahil uzunluğu | 0,18 km |
Yerləşməsi | |
37°51′34″ şm. e. 20°37′30″ ş. u. | |
Akvatoriya | İon dənizi |
Ölkə |
![]() |
Yaşayış məntəqəsi | Bakı |
![]() |
Çimərlik quru hissədən[6] hündürlüyü 45 - 225 metr olan qayalarla əhatələnmişdir. Bu səbəbdən ora yalnız dənizdən gəlmək olar[7]. 2012-ci ildə burada Böyük Britaniyalı paraşütçü qəzaya uğrayaraq ölmüşdür[8].