Narva Triumfal Arkası
From Wikipedia, the free encyclopedia
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir.
Cəld faktlar Ölkə, Şəhər ...
Narva Triumfal Arkası | |
---|---|
Нарвские триумфальные ворота | |
59°54′03″ şm. e. 30°16′25″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Aidiyyatı | Çar Rusiyası |
Heykəltaraş | S. Pimenov, V. Demut-Malinovski, P. Klodt, İ. Leppe |
Memar | V. Stasov |
Tikilmə tarixi | 1827 - 1834 |
Üslubu | Ampir |
Rəsmi sayt | gmgs.ru/narva_gate |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810230000 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir)[1], P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir.