Nabukko qaz kəməri
From Wikipedia, the free encyclopedia
Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir.[1]
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.
1 329 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), FGSZ (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Həmçinin, Fransa şirkəti olan Engie (GSZ) SA də 28 may 2013-cü ildə bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Layihənin icrası üçün yaradılmış konsorsiuma daxil olan şirkətlər aşağıdakılardır:
- Avstriya, OMV Gas GmbH
- Macarıstan, FGSZ
- Rumıniya, S. N. T. G. N. Transgaz S. A.
- Bolqarıstan, BEH
- Türkiyə, BOTAŞ