![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1d/NKVD_Emblem_%2528Solid_Colors%2529.svg/langaz-640px-NKVD_Emblem_%2528Solid_Colors%2529.svg.png&w=640&q=50)
NKVD üçlükləri
From Wikipedia, the free encyclopedia
Xalq Daxili İşlər Komissarlığı üçlükləri — SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında respublika, diyar və vilayət idarələrində "antisovet elementlərinin" repressiyası üçün əməliyyatların aparılması məqsədilə 1937-ci ilin avqust ayından 1938-ci ilin noyabrına qədər faəliyyət göstərmiş inzibati (məhkəmədənkənar) orqandır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1d/NKVD_Emblem_%28Solid_Colors%29.svg/320px-NKVD_Emblem_%28Solid_Colors%29.svg.png)
Xalq Daxili İşlər Komissarlığı üçlükləri SSRİ Daxili İşlər Komissarının 30 iyul 1937-ci ildə № 00447 "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" operativ əmrinə əsasən respublikalar üzrə Xalq Daxili İşlər Komissarlığı rəhbərliyinin (diyar, vilayət), partiya katiblərinin (diyar, vilayət) və respublika prokurorlarının (bölgə, əyalət) rəhbərliyi ilə qurulurdu. Onlar güllələmə, həbs düşərgəsinə sürgün etmə və türmədə 8–10 il həbs cəzası vermək hüququna malik idilər.