NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi
From Wikipedia, the free encyclopedia
NATO-nun Yuqoslaviyaya qarşı apardığı müharibə 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında olan dövrü əhatə etmişdir və əsasən NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalmışdır. Müharibənin nəticəsi olaraq, serb qoşunları Kosovo və Metaxiyadan geri çəkilməyə məcbur qalmış və həmin ərazilər NATO-nun nəzarəti altına keçmişdir. Bu da faktiki olaraq həmin ərazilərin Yuqoslaviyadan ayrılmasına gətirib çıxarmışdır.